Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

İcra başçısının müavini ilə dalaşdı, həbs olundu

İcra başçısının müavini ilə dalaşdı, həbs olundu

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb edilib.

“Yeni Sabah” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən həftə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında baş verib.

İşsiz olduğu üçün qəbula yazılan rayonun Soltannuxa kənd sakini 1968-ci il təvəllüdlü S. Məmmədovla (şərti soyadlı) icra başçısının müavini Arif Abdullayev arasında insident baş verib. Onları icra hakimiyyətinin digər əməkdaşları ayırıblar. S. Məmmədov oraya dəvət edilmiş polis əməkdaşları tərəfindən saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

RİH əməkdaşlarının iştirakı ilə tərtib edilmiş aktda qeyd edilib ki, S. Məmmədov əvvəllər dəfələrlə icra başçısının, başçının müavini və digər vəzifəli şəxslərin qəbulunda olub: “5 dekabr 2025-ci il tarixdə, saat 09:20 radələrində Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında olarkən S. Məmmədovun psixoloji durumu yerində olmayıb, özünü idarə edə bilməyərək nə istədiyini bilmədən səs tonunu olduqca yüksəldib, əsassız ittihamlar səsləndirərək qəbula gələn digər vətəndaşlara problem yaradaraq ictimai asayışı kobud şəkildə pozub, habelə başçının müavini Arif Allahverdiyevə əl-qol atmağa cəhd göstərib və hədə-qorxu gəlib”.

S. Məmmədov isə ifadəsində iddia edib ki, ilk olaraq başçının müavini ona hücum edib: “Bu il Qəbələ rayon Peşə Təhsil Mərkəzində yataqxana növbətçisi vəzifəsindən işdən çıxarıldım. Ali təhsilli iqtisadçı olmağıma baxmayaraq, hazırda günəmuzd fəhlə işləyirəm. Amma sağlamlığım imkan vermədiyindən həmin məşğuliyyəti davam etdirə bilmirəm. İxtisasına uyğun işlə təmin edilməkdən ötrü dəfələrlə məmurların qəbulunda olmuşam, amma indiyədək işlə təmin olunmamışam. İcra başçısının qəbuluna da işə düzəlmək məqsədilə getmişdim. İcra başçısının müavini Arif Abdullayevin qəbulunda oldum və ona gəlişinin məqsədini bildirərək başçı ilə görüşmək istədiyimi bildirdim. Həmin vaxt Arif Abdullayev heç bir səbəb olmadan mübahisə etməyə başladı, qəfildən üzərimə hücum edərək iki əli ilə boğazımdan tutaraq məni boğmağa cəhd etdi. Qəbələ RİH-nin şöbə müdiri Abdullayevi tutub kənara çəkərək bizi bir-birimizdən ayırdı. Həmin vaxt özümü itirdim, səhhətimdə narahatlıq yarandığı üçün xəstəxanaya getdim”.

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə S. Məmmədov 10 sutkalıq inzibati həbs edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Dekabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri