Icma.az
close
up
RU
Menu

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

İCRA BAŞÇISININ OĞLU SOOYADINDAN NİYƏ İMTİNA EDİB? Maraqlı məlumatlar yayıldı

İCRA BAŞÇISININ OĞLU SOOYADINDAN NİYƏ İMTİNA EDİB? Maraqlı məlumatlar yayıldı

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Azərbaycanda bir vaxtlar məşhur olan “məmurların harınlamış övladları” seriyası sonradan yoxa çıxdı. Bunun səbəblərindən biri dövlətin məsələyə lazımi müdaxiləsi, belə məmurları vəzifədən uzaqlaşdırması, həmçinin, qanunu pozanların qanun qarşısına çıxarılmasıdırsa, digər səbəbi də bir çoxlarının “gizlənməsi”, qınına çəkilərək, yenə eyni harınlığı davam etdirməsidir. Sadəcə olaraq, gözə batmamaq üçün arxa planda qalmağı seçiblər.

Mia.az Demokrat.az-a istinadla xəbər verir ki, Sabunçunun icra başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərli (Vəliyev) də onlardan biridir.

Məlumatlara görə, icra başçısının oğlu Vəliyev soyadından imtina edərək, sosial şəbəkələrdə Ənvərli kimi olması da gizlənmək və atasının vəzifəsindən sui-istifadə edərək, ələ keçirdiyi pullarla qurduğu biznes imperiyasını qorumaq məqsədi daşıyır. Ənvər Ənvərlinin adı indiyə qədər müxtəlif qalmaqallarda hallanıb. 2019-cu ildə sosial mediada yayılan qeyri-etik görüntülərin əslində Adil Vəliyevin oğluna məxsus olduğu, lakin izi itirmək üçün Rusiyada yaşayan azərbaycanlıların üzərinə atıldığı haqda məlumatlar var.

Ənvər Ənvərlinin adı 44 günlük müharibədən sonra "Fəxri fərman"la təltif olunmasına görə də mediada gündəmə gəlmişdi. O zaman hər kəsi bir məsələ maraqlandırırdı: müharibədə iştirak etməyən icra başçsının oğlu hansı xidmətlərinə görə təltif olunub?! Bu sual cavabsız qaldı, çünki Ənvər Ənvərlinin müharibə dövründə ölkədə olub-olmaması belə məlum deyildi. Əvəzində o, müharibədən sonra qazilər üzərindən özünün təbliğatını aparmaq istiqamətində də bir neçə addım ata bildi. Misal üçün, qzilərimizdən birinə avtomobil hədiyyə edərək, bunun mediada tirajlanmasını təmin etdi və s.

Ümumiyyətlə bir sual açıq qalır: “fərasətli” Ənvər Ənvərlinin qurduğu biznes imperiyasınının qaynağı haradır?

Əslində, onun biznesinə daxil olan şirkətləri və fəaliyyət sahələrinə diqqət etdikdə hər şey aydın olur.

Ənvər Ənvərli atasının doğulduğu Əfəndilər kəndinin adını daşıyan “Efendiler Group” holdinqinin rəhbəridir. 2007-ci ildən fəaliyyət göstərən şirkət avtomobil və tikinti sektoru üzrə fəaliyyət göstərir. Qrup “Porsche”, “Audi”, “Zeekr”, “Geely”, “Chery”, “Voyah” və “Radar” kimi tanınmış avtoistehsalçıların distribüteri fəaliyyət göstərir, avtomobillərin satışını, onların ehtiyat hissələri və texniki servis təminatını həyata keçirir. “Euro Style” multibrend texniki servis mərkəzi - müxtəlif markalı avtomobillərə texniki xidmət göstərən şirkət kimi qrupa daxildir.

“Efendiler Group” şirkəti ölkədə elektromobillər üçün enerjidoldurma mərkəzləri şəbəkəsi yaradılması biznesini də monopoliyaya alıb.

“Efendiler Group”un tikinti sektoru üzrə fəaliyyət göstərdiyi əraziyə baxdıqda da çox şey aydın olur. “Efendiler Group” və “XXI ƏSR” MTK Sabunçuda yaşayış binaları və biznes obyektlərinin inşası ilə məşğul olur. Həmçinin, “Bakıxanov Rezidens Komplekslər Qrupu”na da Ənvər Ənvərli rəhbərlik edir.





 

Onun tikdirdiyi binaların və sahibi olduğu şirkətlərin siyahısı açıq mənbələrdə də yayılıb.

“Bakıxanov Rezidens A”,

“Bakıxanov Rezidens B”,

“Bakıxanov Rezidens 1”,

“Bakıxanov Rezidens 2”,

“Bakıxanov Rezidens 3”,

“Fireland”,

“Fireland 2”,

“Ramana Rezidens”,

“Ramana Rezidens 1”,

“Brillians Rezidens”,

Yeni yaşayış binaları layihələri:

“Bakıxanov Zəfər 1”,

“Koroğlu Rezidens”

Şirkətlər:

“Əfəndilər Group”,

“Əfəndilər” MMC,

“Euro Style LTD.” MMC,

“Yeni Sabunçu” MTK,

“Yaşıl Construction” MTK,

“BƏRGÜŞAD-Ş” MTK,

Avtomobil təmiri mərkəzləri,

“Cafe Cayenne” (57 Üzeyir Hacıbəyov, Bakı ünvanında).

Göründüyü kimi, Ənvər Ənvərlinin biznes imperiyasında əsasını atası Adil Vəliyevin icra başçısı olduğu rayonun ərazisindəki fəaliyyət üstünlük təşkil edir. Səbəb bəllidir, Adil Vəliyev vəzifə səlahiyyətlərindəın istifadə edərək, başçılıq etdiyi rayonda oğluna geniş imkanlar yaradır.

Adil Vəliyevin oğlunun inşa etdiyi və sakinlərə satdığı binalarda həyətyanı əraziləri və qaraj yerlərini belə qanunsuz olaraq zəbt etdiyinə dair çoxsaylı şikayətlər var. Hətta, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumlar bununla bağlı dəfələrlə xəbərdarlıq etsələr də, Nazirliyin müraciətlərinə məhəl qoyulmayıb. Çünki Ənvər Ənvərli hesab edir ki, atası Adil Vəliyev icra başçısıdırsa, ona heç kim toxuna bilməz və istədiyi kimi qanunları tapdalaya bilər.Beləliklə, “Məmurların harınlanmış övladları” seriyası  Adil Vəliyevin oğlu Ənvər Ənvərlinin timsalında yenidən aktuallaşır. İcra başçısının oğlunun maşınlarının nömrələrinin sonu 078 və 222 ilə bitən lüks avtomobil kolleksiyasına sahib olması da onun dövlətin pulu hesabına əldə etdikləri lüks həyatından xəbər verir.

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Mart 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see228

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see125

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri