Icma.az
close
up
RU
İcra başçısının qəbulu birmənalı qarşılanmadı: QURUMDAN REAKSİYA

İcra başçısının qəbulu birmənalı qarşılanmadı: QURUMDAN REAKSİYA

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 8-də Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran və Zərigüməco kəndlərinin sakinləri ilə görüş keçirib. Qəbulda Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran və Zərigüməco kəndlərinin sakinləri iştirak ediblər. Lakin fotolarda sakinlərin oturduğu hissədə deyil, yalnız rayon rəhbərliyinin oturduğu masanın yanında istilik sobalarının qoyulması diqqət çəkib.

Sual yaranıb ki, icra başçısının keçirdiyi görüş zalında niyə istilik sistemi yoxdur və yalnız onun oturduğu masanın arxasına elektrik qızdırıcıları qoyulub?

Məsələ ilə bağlı Lerik RİH-lə əlaqə saxladıq. Qurumun Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, icra başçısının müavini Habil Məlikov Oxu.Az-a açıqlamasında bildirib ki, elektrik qızdırıcıları sakinlərin əyləşdiyi hissədə də olub, sadəcə, fotolarda görünmür:

"Çünki iclas zalında dörd ədəd elektrik yuvası var. İkisi öndə, ikisi isə ən arxa hissədədir. Təbii ki, qəbulda iştirak edən insanlar istilik olmadan orada otura bilməzlər axı".

Qurum rəsmisi əlavə edib ki, görüşün keçirildiyi zal Piran kənd Mədəniyyət klubuna məxsusdur:

"Orada ancaq tədbirdən-tədbirə eynilə bu formada elektrik qızdırıcılarından istifadə edirik. Çünki başqa istilik sistemi yoxdur. İşçilərin də öz otaqları, otaqlarda odun sobaları var. Düzdür, kəndə qaz xətti çəkilsə də, Mədəniyyət klubuna çəkilməyib deyə bu istilik sistemlərindən istifadə edilir".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Yanvar 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri