İcra Hakimiyyəti 150 minlik ağac və kol alır Qalib şirkət kimindir?
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Qubadlı Rayon İcra Hakimiyyəti 150 000 manatlıq ağac və bitki kolları almağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, İcra Hakimiyyəti bununla bağlı satınalma müsabiqəsi elan edib və artıq müsabiqəyə yekun vurulub. Qalib "Eko Ferma Azərbaycan" şirkəti seçilib.
2 fevral 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 59-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Masimov Rüfət Ramazan oğludur.
Rüfət Masimov əvvəllər fərdi sahibkar kimi fəaliyyət göstərib. "Eko Ferma Azərbaycan" MMC barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
İcra Hakimiyyəti şirkətdən kiparis, badam ağacı, qızıgül kolu, pelorqoniya və qazon alacaq.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovdur. O, 2001-ci ildən bu vəzifədədir (Qaynarinfo).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 Aprel 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















