İcra hakimiyyəti Bakıda parkın ərazisini satıb Memar İFŞA ETDİ FOTO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Bakının mərkəzi küçələrindən birində Ənvər Qasımzadə küçəsindəki park sahəsində yeni tikinti işlərinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, Nəsimi rayonundakı tikinti sahəsi Zorge parkı ilə “Koala Park” arasındakı ərazini əhatə edir və memar Elçin Əliyev tərəfindən ictimaiyyətə təqdim olunub.
Obyektin inşasına bəzi sakinlər və yerli aktivistlər narazılıqla yanaşıblar. Onların sözlərinə görə, həmin ərazi uzun illər hasara alınmış, əvvəl burada yay kinoteatrı fəaliyyət göstərmiş və ərazi sonradan yenidən qurulmuşdur. İctimaiyyətin narahatlığı həm də budur ki, park sahəsi üzərində aparılan tikinti onun ictimai funksiyasına xələl gətirə bilər.
Hasarın üzərindəki məlumat lövhəsinə əsasən, tikilən obyekt 1 mərtəbəli, -1 zirzəmi ilə şüşə fasadlı, pavilyon tipli olacaq və inşaat işlərinin 01.07.2026-cı il tarixinə qədər tamamlanması planlaşdırılır.
Mütəxəssislər və yerli sakinlər bildirirlər ki, park sahələrində hər bir tikinti ictimai maraq doğurur: obyekt park üçün tikilir, yoxsa park obyekt üçün qurban verilir? Həmçinin presedent yaradarsa, növbəti obyektlərin tikilməsi ehtimalı parkların və yaşıllıqların parçalanmasına və yox olmasına səbəb ola bilər.
Sakinlər aidiyyəti qurumlardan bu məsələyə diqqət yetirməyi və parkın ictimai funksiyasını qorumağı xahiş edirlər. Onlar həmçinin ərazidə gələcək tikintilərin ictimaiyyətlə razılaşdırılmasını tələb edirlər.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 22 Dekabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















