İcra hakimiyyəti orqanlarından sənədi olan torpaqlara mülkiyyət hüququ veriləcək
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda 2001-ci ilə qədər yerli icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən verilmiş torpaq sahələrinə dair sənədlər də hüquq müəyyənedici sənəd kimi qəbul ediləcək.
“APA-Economics” xəbər verir, bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova deyib.
N.Alimova qeyd edib ki, vətəndaşların həmin torpaq sahələrində uzun müddət mübahisəsiz yaşaması nəzərə alınaraq, icra nümayəndələrinin verdiyi sənədlər əsasında mülkiyyət hüququnun tanınması təmin ediləcək.
“Bu dəyişiklik yüz minlərlə vətəndaşa hüquqi status əldə etmək imkanı verəcək”, - deyə N.Alimova əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 23 İyul 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















