Icma.az
close
up
RU
“İcra Hakimiyyəti şikayətimə baxmadı, məni yalançı çıxarmaq istədilər” Hövsan sakini danışır

“İcra Hakimiyyəti şikayətimə baxmadı, məni yalançı çıxarmaq istədilər” Hövsan sakini danışır

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan sakin Almaz Məmmədova binada aparılan kosmetik təmirdən sonra şəxsi əmlakına ziyan dəydiyini iddia edir.

"Cebheinfo.az"-a danışan Almaz Məmmədovanın sözlərinə görə, təmir adı altında aparılan işlər nəticəsində eyvandakı dəmirlər ləkələnib, çöl qapısı isə su ilə yuyulduqdan sonra şişib.

“Mən sadə bir vətəndaşam, valideyinlərimdən mənə miras qalan mülkümü qoruyuram. Uzun illər təmirsiz olan evimi min bir əziyyətlə təmir etdirmişəm. Amma gələn briqada qapını və eyvanı bu günə saldı. Blokun pilləkənləri də keyfiyyətsiz yığıldığı üçün təhlükə yaradır” – deyə o bildirir.

Şikayətçi deyir ki, məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin bu gün ona gələn rəsmi cavabda qeyd olunub ki, guya sahəyə baxış keçirilib və heç bir problem aşkarlanmayıb:

“Əslində isə onlar qapının təmiz hissəsinin şəklini çəkib, qalan zədələnmiş yerlərə göz yumublar. Mənim bütün şikayətimi heçə sayıblar, üstəlik məni elə göstərmək istəyiblər ki, guya yalançıyam, şər atıram. Halbuki balkonumun dəmirləri hələ də ləkəlidir, qapımın altı suyun təsirindən şişib”.

A,Məmmədova deyir ki, onun məqsədi kimisə "qaralamaq" deyil, sadəcə vətəndaşın əmlakının toxunulmazlığına hörmətlə yanaşılmasını tələb etməkdir:
“Mənim mülkümə ziyan dəyməsilə bağlı əlimdə fakt olmasa, şikayət etməzdim. Mən ədalət istəyirəm. Təmir adı altında aparılan işlər sakinlərə ziyan vurmamalıdır. Biz dövlətimizə güvənirik, amma bu cür məsuliyyətsiz davranış həmin etimadı kölgələyir. Sadə xalqın haqqına girməklə heç kim özünü şirin göstərə bilməz”.

Vilayət Muxtar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri