Icma.az
close
up
RU
İcra hakimiyyəti uşağa “Eray” adının verilməsinə İCAZƏ VERMƏDİ

İcra hakimiyyəti uşağa “Eray” adının verilməsinə İCAZƏ VERMƏDİ

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvanda valideynlər oğullarına “Eray” adını vermək istəyiblər, lakin İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyası bu müraciəti rədd edib.

Modern.az-ın məlumatına görə, uşaq 2020-ci ildə doğulub və sənədlərdə adı “Elmir” kimi qeyd olunub. 

Valideynlərin sözlərinə görə, oğulları doğulduğu gündən evdə hamı ona “Eray” deyə müraciət edir və uşaq da bu ada adət edib.

İcra Hakimiyyəti isə adın dəyişdirilməsi üçün əsas olmadığını bildirib və “Elmir” adının uşağın mənafeyinə zidd olmadığını əsas gətirib. Qeyd edilib ki, “Eray” adı “Elmir” adı ilə müqayisədə əhəmiyyətli fərqlilik təşkil etmir. 
Valideynlər bu qərardan məhkəməyə şikayət veriblər. Məhkəmə isə onların arqumentlərini əsaslı sayıb və qeyd edib ki, uşağın adı onun fərdiyyətini və sosiallaşmasını ifadə edir, valideynlərin birgə razılığı olduqda adın dəyişdirilməsi mümkündür. 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirib ki, “Eray” şəxs adı dilimizdəki “ər” kökündən yaranıb. Həmin kökün “er” variantı dilimizdə mövcud olmadığı üçün bu adın onomastik adlar sistemində Azərbaycan ədəbi dilinin normalarına uyğun yazılış forması “Əray” şəklindədir.
Ədliyyə Naziriliyi isə son beş ildə ölkədə 48 uşağa “Eray” adı verildiyini bildirib. Dil normaları baxımından da bu adın istifadəsində problem yoxdur. 

Nəticədə məhkəmə Komissiyanın imtina qərarını ləğv edib və uşağın adının “Elmir”dən “Eray”a dəyişdirilməsinə icazə verilməsi barədə qərar çıxarıb.

Elnur Əmirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyun 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri