Icma.az
close
up
RU
İcra Hakimiyyətində təkbaşına iclas keçirən vəzifəli şəxs cəzalandırıldı

İcra Hakimiyyətində təkbaşına iclas keçirən vəzifəli şəxs cəzalandırıldı

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Göygöl rayonu İcra Hakimiyyətinin inzibati binasında "iclas" keçirən bələdiyyə sədrinə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 17 yanvar 2020-ci il tarixdən 31 dekabr 2023-cü il tarixədək olan müddət ərzində Göygöl rayon Toğanalı kənd bələdiyyəsinin sədri olan İslam İmanlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinib və işə məhkəmədə baxılıb. 

Aparılan araşdırma zamanı məlum olub ki, bələdiyyə üzvləri sədrinin seçildiyi ilk iclasdan başqa keçirilmiş digər hər hansı iclasda iştirak etməyiblər. Bələdiyyə üzvlərinin Toğanalı kənd bələdiyyəsinin balansında olan torpaq sahələrinin satılması və ya icarəyə verilməsi ilə əlaqədar, o cümlədən bələdiyyə vəsaitlərinin xərclənməsindən xəbərləri olmayıb.

İslam İmanlı məhkəmədə bildirib ki, kənd bələdiyyəsinin inzibati binasında lazımı şərait olmadığı üçün iclasların keçirilməsi mümkün olmayıb və bələdiyyənin fəaliyyətinin həyata keçirilməsini göstərmək məqsədilə üzvləri iclasa çağırmadan, onların formal iştirakını qeyd edərək iclasların təşkil olunmasını süni olaraq protokollaşdırıb. Sabiq bələdiyyə sədri iclas protokollarını Göygöl rayonu İcra Hakimiyyətinin inzibati binasında olan komputer otağında təkbaşına tərtib edərək imzalayıb. 

Bundan başqa İslam İmanlı Toğanalı bələdiyyəsinin büdcəsindən vahid niyyətlə 2020-ci büdcə ili ərzində bələdiyyənin 2892 manat olmuş ümumi büdcəsinin 146.47 manat məbləğində artıq, yəni 1592.47 manat, 2021-ci büdcə ili ərzində bələdiyyənin 4603 manat olmuş ümumi büdcəsinin 1989.56 manat məbləğində artıq, yəni 4291.06 manat, 2022-ci büdcə ili ərzində bələdiyyənin 5323 manat olmuş ümumi büdcəsinin 2181.98 manat məbləğində artıq, yəni 4843.48 manat, 2023-cü büdcə ili ərzində bələdiyyənin 5961 manat olmuş ümumi büdcəsinin 2591.49 manat məbləğində artıq, yəni 5571.99 manat büdcə vəsaitini əməkhaqlarına ayıraraq hüquqi şəxs olan bələdiyyənin qorunan mənafelərinə mühüm zərər vurmaqla öz qulluq səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə edib. 

Məhkəmənin qərarı ilə, təqsirləndirilən şəxs bir il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla iki il müddətinə islah işləri cəzası təyin edilib. 

Əhməd 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Fevral 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri