Icma.az
close
up
RU
İcra Hakimiyyətindən 17 yaşlı gəlinin ölümü ilə bağlı AÇIQLAMA

İcra Hakimiyyətindən 17 yaşlı gəlinin ölümü ilə bağlı AÇIQLAMA

Icma.az, Olke.az saytına istinadən bildirir.

Astara Rayon İcra Hakimiyyəti 17 yaşlı gəlin Əfsanə İmanovanın toyu günü ölməsi ilə bağlı araşdırma aparır.  

Ölkə.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında qurumun Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fikrət Talıbov bildirib.

Onun sözlərinə görə, Ə.İmanovanın rəsmi qeydiyyatda olduğu Dolu kəndini də əhatə edən Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov İcra Hakimiyyətinə çağırılıb: “Rəhbərlik icra nümayəndəsini dəvət edib, onunla müəyyən söhbətlər aparılıb. Rəhbərlik səviyyəsində işlər görülür. Məsələ artıq nəzarətə götürülüb və araşdırma aparılır”. Dördpendirli pizza

F.Talıbov deyib ki, Dolu Astaranın ucqar dağ kəndidir: “Həm qız, həm də oğlan tərəf ucqar dağ kəndindəndir. Yol məsələsi problemli, relyefi çətin ərazidir. Buna görə də hər iki ailə Bakıya köçüb və orada yaşayırlar. Zirə kəndində istixanada çalışırmışlar. Qız və oğlan orada tanış olublar. Bir müddət öncə biliblər ki, qız hamilədir. Tez-bazar toy etmək istəyiblər.

Ailələr Dolu kəndində daimi yaşamadığına görə bizim də toydan öncədən məlumatımız olmayıb”.

Qeyd edək ki, hadisə oktyabrın 28-də baş verib. 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın toyu zamanı halı pisləşib. O, Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri