Icma.az
close
up
RU
İcra Hakimiyyətinin yox dediyi ada məhkəmə icazə verdi

İcra Hakimiyyətinin yox dediyi ada məhkəmə icazə verdi

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvanda valideynlər oğullarına "Eray” adını vermək istəyiblər, lakin İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyası bu müraciəti rədd edib.

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, uşaq 2020-ci ildə doğulub və sənədlərdə adı Elmirdir. 

Valideynlərin sözlərinə görə, oğulları doğulduğu gündən evdə hamı ona "Eray” deyə müraciət edir və uşaq da bu ada adət edib.

İcra Hakimiyyəti isə adın dəyişdirilməsi üçün əsas olmadığını bildirib və Elmir adının uşağın mənafeyinə zidd olmadığını əsas gətirib. Qeyd edilib ki, Eray adı Elmir adı ilə müqayisədə əhəmiyyətli fərqlilik təşkil etmir. 

Valideynlər bu qərardan məhkəməyə şikayət veriblər. Məhkəmə isə onların arqumentlərini əsaslı sayıb və qeyd edib ki, uşağın adı onun fərdiyyətini və sosiallaşmasını ifadə edir, valideynlərin birgə razılığı olduqda adın dəyişdirilməsi mümkündür. 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirib ki, Eray şəxs adı dilimizdəki "ər” kökündən yaranıb. Həmin kökün "er” variantı dilimizdə mövcud olmadığı üçün bu adın onomastik adlar sistemində Azərbaycan ədəbi dilinin normalarına uyğun yazılış forması "Əray” şəklindədir.

Ədliyyə Naziriliyi isə son beş ildə ölkədə 48 uşağa "Eray” adı verildiyini bildirib. Dil normaları baxımından da bu adın istifadəsində problem yoxdur. 

Nəticədə məhkəmə Komissiyanın imtina qərarını ləğv edib və uşağın adının Elmirdən Eraya dəyişdirilməsinə icazə verilməsi barədə qərar çıxarıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 İyun 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri