Icma.az
close
up
RU
İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər AÇIQLAMA KONKRET

İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər AÇIQLAMA KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda yerli idarəetmə sisteminin yenilənməsi ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri institutunun tətbiqi ölkədə yeni idarəetmə modelinə keçidin mümkünlüyü ilə bağlı sualları artırıb.

Bəs Azərbaycanda icra hakimiyyətlərinin mərhələli şəkildə ləğv edilərək yeni idarəetmə modelinin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, belə bir idarəetmə modelinə keçidlə bağlı müxtəlif vaxtlarda müzakirələr və açıqlamalar səsləndirilib.

Onun sözlərinə görə, xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra bu istiqamətdə müəyyən fikirlər ifadə olunub:

“2020-ci ildə, 44 günlük müharibədən sonra Prezidentin çıxışlarında da bu məsələ ilə bağlı müəyyən fikirlər səsləndirilib. Gələcəkdə yeni idarəetmə metoduna keçidin mümkünlüyü müzakirə olunub. İşğaldan azad edilmiş ərazilərdə isə icra başçılarından fərqli olaraq, paralel şəkildə Prezidentin xüsusi nümayəndələri institutu fəaliyyət göstərir. Hazırda həmin nümayəndələr öz fəaliyyətlərini davam etdirirlər”.

Partiya sədri qeyd edib ki, icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə modelinin tətbiqi üçün hüquqi dəyişikliklərə ehtiyac yarana bilər:

“Bunun üçün Konstitusiyaya dəyişiklik edilməlidir və referendum keçirilməsi zəruridir. Eyni zamanda, yeni idarəetmə modelinə keçid prosesinə artıq başlanması mümkündür. Bu dəyişiklik ya mərhələli şəkildə həyata keçirilməli, ya da birdəfəlik reallaşdırılmalıdır”.

Tural Abbaslı hesab edir ki, əsas məsələ yalnız icra hakimiyyətlərinin adının və ya strukturunun dəyişdirilməsi deyil. Onun fikrincə, həyata keçiriləcək islahatların real nəticəsi və cəmiyyət üçün yaratdığı fayda əsas meyar olmalıdır.

“Əsas məsələ bu dəyişikliklərin insanların gündəlik həyatına və dövlətin rifahına, inkişafına nə dərəcədə fayda verəcəyidir. Əgər yanaşma dəyişmirsə, idarəetmə fəlsəfəsi eyni qalırsa və ya həmin vəzifəyə təyin olunan şəxslərin dünyagörüşü dəyişmirsə, o zaman həmin şəxs icra başçısı əvəzinə icra nümayəndəsi də ola bilər. Nəticə etibarilə mahiyyət dəyişməyəcək”.

Ağ Partiyasının sədri icra hakimiyyətləri ilə bağlı mövcud problemlərin yalnız strukturun və vəzifə adlarının dəyişdirilməsi ilə həll olunmayacağını vurğulayıb. O, müxtəlif illərdə korrupsiya ittihamları ilə bir sıra icra başçılarının həbs edildiyini xatırladaraq, idarəetmə sistemində daha fundamental dəyişikliklərə ehtiyac olduğunu bildirib.

Tural Abbaslının sözlərinə görə, bu baxımdan yalnız vəzifənin adının və ya səlahiyyətlərin dəyişdirilməsi idarəetmədə mövcud problemlərin həlli üçün kifayət deyil:

“Bu baxımdan vəzifənin adının, yaxud səlahiyyətlərin dəyişdirilməsi öz-özlüyündə müsbət nəticə verəcək həll yolu deyil. Əsas dəyişiklik idarəetmə yanaşmasında, hesabatlılıqda, məsuliyyətdə və həmin vəzifələrə seçilən şəxslərin fəaliyyət prinsipində olmalıdır”.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Avqust 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri