İcra hakimiyyətləri ilə bağlı QƏRAR VERİLDİ
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur.
Avtosfer.az Trend-ə istinadla bildirir ki, bu barədə “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlərin ümumi həcminin 18 milyard 430 milyon manat, yerli xərclərin isə 735 milyon 575 min manat təşkil edəcəyi proqnozlaşdırılır.
Beləliklə, şəhər və rayonların gəlirlərinin yerli xərclərini üstələyən və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi 17 milyard 694 milyon 425 min manat müəyyən edilib.
Gəlirlər və yerli xərclər üzrə göstəricilərə əsasən, Bakı şəhərinin gəlirlərinin 16 milyard 649 milyon 450 min manat, yerli xərclərinin isə 326 milyon 784 min manat olacağı gözlənilir. Paytaxt üzrə gəlirlərin yerli xərcləri üstələyən hissəsinin aşağı həddi 16 milyard 322 milyon 666 min manat təşkil edir.
Digər şəhərlər arasında Sumqayıt üzrə gəlirlərin 288 milyon 300 min manat, yerli xərclərin 25 milyon 38 min manat, Gəncə üzrə müvafiq olaraq 152 milyon 350 min manat və 28 milyon 909 min manat olacağı proqnozlaşdırılır.
Rayonlar üzrə ən yüksək gəlir göstəricilərindən biri Abşeron rayonuna aiddir. Belə ki, rayonun gəlirlərinin 133 milyon 500 min manat, yerli xərclərinin isə 11 milyon 438 min manat olması nəzərdə tutulur.
Qeyd edək ki, qanun layihəsinin 10-cu maddəsinə əsasən, şəhər və rayonların gəlirləri yerli xərclərini təmin etmədikdə, həmin ərazilərə xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayrıla bilər. Lakin 2027-ci il üçün təqdim olunan proqnozlarda 67 şəhər və rayonun hamısının yerli xərclərini öz gəlirləri hesabına qarşılaya biləcəyi nəzərdə tutulur.
Xatırladaq ki, gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olması gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 23 Oktyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















