Icma.az
close
up
RU
İcra hakimiyyətlərinə maliyyə ayrılmasa rayonlarda nə baş verər? Ekspertdən TƏKLİF

İcra hakimiyyətlərinə maliyyə ayrılmasa rayonlarda nə baş verər? Ekspertdən TƏKLİF

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Bu sistemin tətbiqi həm regionların inkişafı və dövlət büdcəsinə qənaət edilməsini, həm də büdcəyə əlavə vəsaitlərin daxil olunmasının təmin edəcək".

Bunu Milli.az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.

Onun sözlərinə görə, regionların inkişafını bu cür təmin etmək olar:

"Bilirisiniz ki, ölkə başçısı Cənab Prezident İlham Əliyev regionların inkişafı məsələsini xüsusi nəzarətdə saxlayır və bu illər ərzində milyardlarla vəsaiti regionların inkişafına yönəldir. Ayrılan vəsaitlərin müqabilində görülən işlər o qədər də ürək açan deyil. Qazanmadığın pulları xərcləməyə nə var ki? Baxın, Cənab Prezident dəfələrlə icra başılarına rayona investisiyaların cəlb edilməsi üçün tapşırıq verib, lakin baxsaq bəzi rayonlarda hələ də vəziyyət ürəkaçan deyil. Çünki arxayınlıq yaranıb ki, bunu etsələr də, etməsələr də, onsuzda onlara dövlət büdcəsindən maliyyə ayrılacaq. Belə olduğu halda regionlarda hansı inkişafdan danışa bilərik? Düşünürəm ki, regionlara vəsaitlər yalnız öz qazandırdıqlarının müqabilində ayrılmalıdır. Bu sistemin tətbiqi həm regionların inkişafı, və dövlət büdcəsinə qənaət edilməsini, həm də büdcəyə əlavə vəsaitlərin daxil olunmasının təmin edəcək. Və özlüyündə biznes mühitinin, turizmin inkişafının, yerli və beynəlxalq investorların cəlb edilməsi proseslərini gətirib çıxaracaq".

Ekspert bildirir ki, pilot layihə kimi bir və ya bir neçə regiondan başlamaqla bu sistemi başlatmaq olar.

"Təbii ki, biz bu sitemi birdən birə tətbiq edə bilmərik. Bunun üçün İlk öncə pilot layihə kimi bir və ya bir neçə region təyin etməliyik. Daha sonra həmin icra başçısı sistemli və ölçülə bilən idarəetmə mexanizmi ilə işə başlamalı və rayonun ümumi rifahı üçün hədəflər bəlirləməlidir. Kənd təsərrüfatı, heyvandarlıq, turizm, istehsal və s sahələrini təkmilləşdirərək yeni bazarlara çıxış proseslərini də  təmin etməlidir. Bir sözlə, rayonun inkişaf və idarəetməsini mükəmməl şəkildə irəliyə doğru apararaq büdcəyə yeni maliyyə vəsaitlərinin daxil olunmasını təmin etməlidir. Ondan sonra dövlətə rayonun inkişaf planlarını təqdim edərək, öz qazandırdığı maliyyə vəsaitindən lazımı miqdarda ayrılması üçün müraciət edə bilər. Hədəflər və planlar olan hər bir sahədə rəqabət yaranır və rəqabət də hər zaman inkişafa aparır. Bax o zaman regionların inkişaf dövrü dövlət hesabına deyildə,öz hesablarına başlamış sayılacaq", deyə F.Əliyev təkliflə çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2054

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see233

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri