İcraçı direktor: Azərbaycanda sığorta bazarının həcmi 1,5 milyard manat ətrafındadır
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İİTKM tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, sığorta bazarının inkişafı ilə yanaşı 3 məsələ xüsusi qeyd olunmalıdır.
“Biri tənzimləmə mühiti məsələsidir, ikincisi biznes modeli, üçüncüsü isə texnologiyadır. Təqdim olunan kitab 3 məsələni özündə ehtiva edir. Ötən il “InsurTech” bazarı 20 milyard dollar olub. Orta illik artım tempi 25-55 faiz arasında qiymətləndirilir. 2030-cu ildə “InsurTech” bazarının 250 milyard dollar olacağı gözlənilir”, - deyə o qeyd edib.
V.Qasımlı əlavə edib ki, süni intellektin sığorta bazarına tətbiqi gələcəyin müəyyənləşdirilməsi ilə bağlı mühüm əhəmiyyət kəsb edir.(azərtac)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 26 Yanvar 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















