İcraçı direktor: Könüllülük hərəkatını gənclərsiz təsəvvür etmək mümkün deyil
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Könüllülük hərəkatını gənclərsiz təsəvvür etmək mümkün deyil".
Oxu.Az xəbər verir ki, bu sözləri Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Azərbaycan dövləti hər bir gəncin qayğısına qalır, daim onun inkişafı üçün şərait yaradır:
"2024-cü ildə Azərbaycan könüllüləri nəinki ölkəmizdə, eyni zamanda, beynəlxalq arenada da yüksək səviyyədə, rəğbətlə qarşılanıblar. COP29 kimi vacib bir tədbirin təşkilinə 3 000-dən çox könüllü cəlb olundu. Bununla bərabər, 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələdən əziyyət çəkənlərə kömək missiyasında, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərindəki ekoloji aksiyada könüllülər çox əhəmiyyətli rol oynadılar".
Q.Xəlilov vurğulayıb ki, Azərbaycan könüllüləri ölkənin milli maraqlarının keşiyində dururlar:
"Könüllülük hərəkatını gənclərsiz təsəvvür etmək mümkün deyil. Yeddi ildir keçirilən Azərbaycan Könüllülərinin Həmrəylik forumları 100 mindən çox gənci əhatə edib. Forum Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların da diqqətindədir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 05 Dekabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















