Icma.az
close
up
RU
İctimai nəqliyyatda tarif dəyişikliyi: Qiymət artımı yox, strateji islahat

İctimai nəqliyyatda tarif dəyişikliyi: Qiymət artımı yox, strateji islahat

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 1-dən ictimai nəqliyyatda gedişhaqqı qiymətlərində ediləcək dəyişiklik geniş müzakirələrə səbəb olub. Xüsusilə də bu dəyişikliklərin vətəndaşların gündəlik xərclərinə təsiri, dövlətin bu siyasətdəki rolu və nəqliyyat xidmətlərinin keyfiyyəti mövzusunda suallar yaranıb. Amma hadisələrə emosional deyil, həm də analitik yanaşsaq, qiymət artımının təkcə maddi deyil, strateji və struktur islahatlarla əlaqədar olduğunu görə bilərik.
Qeyd etmək vacibdir ki, qiymət artımı bütün avtobus marşrutlarını əhatə etmir.
Tələblərə cavab verməyən marşrutlarda qiymət dəyişikliyi tətbiq olunmayacaq. Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.
Bəs, yanacaq bahalaşmayıbsa, qiymət niyə artıb?
Beləliklə bəziləri qiymət artımını yanacağın bahalaşması ilə əlaqələndirməyə çalışsa da, bu hal-hazırda baş verməyib. Bu o deməkdir ki, qiymət artımı sırf istehsal xərclərinin yüksəlməsi ilə deyil, ictimai nəqliyyatın struktur olaraq modernləşdirilməsi, daha dayanıqlı maliyyə modeli qurulması və operatorların xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə həyata keçirilir.
Bu artım, bir növ dövlətin nəqliyyat sektoruna ayırdığı dotasiyanın (subsidiyanın) mərhələli şəkildə azaldılması və rentabelliyin təmin olunması üçün atılmış zəruri addımdır.
Qeyd edilməlidir ki, bu artım heç bir halda birbaşa mal və məhsulların qiymətinə təsir göstərə biləcək bir faktor deyil. Qiymət artımı, xüsusilə ictimai nəqliyyatda baş verdikdə, əhalinin bir qisminin gündəlik büdcəsinə müəyyən təsir etsə də, bunun ümumi inflyasiya və bazar qiymətlərinə ciddi təzyiq göstərməsi gözlənilən deyil.
Əgər yanacağın qiymətində dəyişiklik, xüsusilə bahalaşma baş versəydi, bu zaman daşınma xərcləri ilə bağlı ümumi məhsul qiymətlərinə dolayısı təsir mümkün ola bilərdi. Lakin bu halda söhbət sadəcə sərnişin daşıma xidmətlərinin qiymətindən gedir. Məsələn, 30 qəpikdən 40 qəpiyə yüksələn metro və ya avtobus gedişhaqqı sırf vətəndaşın nəqliyyat xərclərinə təsir edir, məhsul istehsalı və logistikası ilə birbaşa əlaqəli deyil.
Qiymət artımının əsas hədəfi daşıyıcıların maliyyə dayanıqlığını artırmaqdır. Bu isə aşağıdakı istiqamətlərdə müsbət nəticələr verəcək:
Avtobus parkının yenilənməsi sürətlənəcək.
İctimai nəqliyyat şəhər infrastrukturunun əsas sütunlarından biridir. Sərnişin axınının effektiv idarə olunması, əhalinin gündəlik həyat rahatlığı və şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından nəqliyyat sektorunda islahatlar xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə avtobus parkının yenilənməsi, xüsusilə də bu prosesi əlavə maliyyə dəstəyi ilə sürətləndirmək, şəhər mobilliyini yüksəltmək və xidmət keyfiyyətini artırmaq üçün mühüm alət hesab olunur.
Avtobus parkının yenilənməsi sərnişin daşımada keyfiyyətin və təhlükəsizliyin artırılması, ekoloji yükün azaldılması, əlilliyi olan şəxslər üçün inklüziv nəqliyyatın təmin olunması, rəqəmsal sistemlərlə inteqrasiya (GPS, ödəniş kartları, real vaxt izləmə və s.), şəhər tıxaclarının azaldılması kimi məqsədlərə xidmət edir.
Yeni maliyyə imkanları operatorlara daha ekoloji və komfortlu nəqliyyat vasitələri almağa şərait yaradacaq. Nağdsız ödəniş sistemlərinin tətbiqi genişlənəcək. Bu, həm sərnişinlər üçün ödəniş rahatlığı yaradacaq, həm də şəffaflığı artıracaq. Texniki imkanlar sayəsində diferensial tariflərin tətbiqi mümkün olacaq. Yəni, gələcəkdə ictimai nəqliyyatda aylıq, illik abunə sistemləri, tələbələr, pensiyaçılar və digər sosial qruplar üçün güzəştlər nəzərdə tutula bilər.
Son illərdə qlobal miqyasda sürətlənən rəqəmsal transformasiya Azərbaycanda da müxtəlif sahələrdə özünü göstərməkdədir. Xüsusilə də maliyyə texnologiyalarının inkişafı və rəqəmsal ödəniş sistemlərinin genişlənməsi əhali üçün gündəlik həyatın asanlaşdırılmasında mühüm rol oynayır. Bu kontekstdə operatorlardan nağdsız ödəniş tətbiqinin tələb olunması vətəndaşlara ödəniş rahatlığı yaratmaqla yanaşı, ümumilikdə iqtisadi və sosial münasibətlərin şəffaflaşmasına da töhfə verir.
Əhali üçün ödəniş rahatlığının təmin olunması təkcə texnoloji yenilənməni deyil, eyni zamanda sosial ədalət və xidmət keyfiyyətinin yüksəldilməsini hədəfləyir. Hazırda bir çox xidmət sahələrində (kommunal ödənişlər, ictimai nəqliyyat, ticarət, səhiyyə, təhsil və s.) nağd ödəniş üsullarının dominant olması bir sıra problemlər yaradır:
Növbələrin və vaxt itkisinin artması
Pul qalığının düzgün qaytarılmaması səbəbilə narazılıqlar
Maliyyə dövriyyəsinin qeyri-şəffaf olması
Sanitariya baxımından nağd pulun təhlükəsi
Buna qarşılıq olaraq, nağdsız ödəniş sistemlərinin tətbiqi bu problemlərin aradan qaldırılması üçün effektiv vasitə hesab olunur.
Bəzi iddiaların əksi olaraq, dövlət ictimai nəqliyyatda yaranan xərci tam şəkildə əhalinin üzərinə atmır. Əksinə, yenilənmiş avtobusların alınması, marşrutların optimallaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində dövlət dəstəyi davam edir. Qiymət artımı isə yalnız bu dəstəyə paralel olaraq, sistemin uzunmüddətli davamlılığını təmin etməyə xidmət edir.
Yeni modelin əsas prinsipi sadə və şəffafdır: xidmətin səviyyəsi artırılmadan qiymət artımı həyata keçirilmir. Bu yanaşma həm vətəndaş etimadını qoruyur, həm də islahatların ardıcıl və planlı aparıldığını göstərir.
Məqsəd təkcə maliyyə deyil – ictimai nəqliyyatı vətəndaş üçün əlçatan, rahat və keyfiyyətli xidmətə çevirməkdir. (Trend)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Sentyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see255

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see219

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see213

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see182

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see167

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see139

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri