Icma.az
close
up
RU
İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər?

İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər?

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər dünyada baş verən iqtisadi dəyişikliklər, xüsusilə qlobal bahalaşma, artıq hər bir ölkənin, o cümlədən Azərbaycanın da sosial və iqtisadi həyatına təsir göstərir. Ərzaq məhsullarından tutmuş nəqliyyat xərclərinə, kitab və dəftər qiymətlərinə qədər bahalaşma dalğası aztəminatlı təbəqə,  xüsusilə də pensiyaçılar və tələbələr tərəfindən daha çox hiss olunur.

Digər tərəfdən, hökumətin sosialyönümlü addımları, məsələn, ictimai nəqliyyatda tələbələr və pensiyaçılar üçün nəzərdə tutulan mümkün güzəştlər, cəmiyyətin bu dəyişikliklərə daha asan uyğunlaşmasına xidmət edir. Məhz bu mövzular ətrafında suallarımızı deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov cavablandırıb.

“Qafqazinfo” deputatla müsahibəni təqdim edir:

- Vüqar müəllim, dünyada gedən qlobal bahalaşma ölkəmizdən də yan keçmir, bunu bir tələbə kimi aldığımız kitab-dəftərin qiymətində, gedişhaqlarının artırılmasında daha çox hiss edirik. Sizcə bu bahalaşma nə ilə bağlıdır?

- Azərbaycanda qiymət artımlarının səbəblərindən biri də məhz idxal inflyasiyasıdır. Biz qlobal və regional bazarlarda qiymət artımından sonra ölkəyə idxal edilən məhsulların qiymətlərində də artımlar müşahidə edirik. Amma dövlət Statiska Komitəsinin rəsmi məlumatları göstərir ki, qiymət artımı daha çox ərzaq məhsullarında özünü göstərir. 2025-ci ildə əvvəlki illərə nisbətən qiymətlər 5-7 faiz artıb. Qida məhsullarında 7-9 faiz, qeyri-qida məhsullarında isə 2-4 faiz artım müşahidə edilib. Bu göstəricilər qida məhsullarında olan artımın qeyri-qida məhsullarından daha yüksək olduğunu göstərir. Bu isə Azərbaycana məhsul idxal edən ölkələrdə ərzaq məhsulların qiymətlərinin artması ilə bağlıdır.

- Bu yaxınlarda açıqlanan rəsmi məlumatlara əsasən, ictimai nəqliyyatda tələbələrə güzəştlər edilməsi nəzərdə tutulub. Sizcə bu güzəştlər nə ola bilər?

- Bəli, hazırda ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsi istiqamətində qiymətləndirmələr aparılır. Bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, tələbələr və pensiyaçılar üçün ictimai nəqliyyatda güzəşlərin tətbiq edilməsini təklif edirik. Çünki nəticə etibarilə belə güzəştlərin tətbiqi xüsusilə tələbələrin daha aşağı qiymətlə ictimai nəqliyyatdan istifadəsinə imkan yaradar. İnkiaf etmiş ölkələrdə belə dəstəklər var. Ona görə də belə dəstəklər tələbələrin sosial xərclərinin azaldıması baxımından vacibdir. Bu kontekstdən güzəştlərin tətbiqinin həyata keçirilməsi gözlənilir. Bununla bağlı müvafiq dövlət qurumu tərəfindən yeni mexanizmlər hazırlanır. Dəqiq məlumatlar məhz bu mexanizmlərlə bağlı ictimaiyyətə məlumat verildiyi halda məlum olacaq.

 - Maraqlıdır, növbəti mərhələdə Azərbaycanda hansı iqtisadi addımların atılması gözlənilir?

- Azərbaycanda dayanıqlı iqtisadi inkişaf templərinin qorunub saxlanması əsas hədəflərdəndir. Biz son dövlər bütövlükdə islahatların dərinləşməsini müşahidə edirik. Proseslər, xüsusilə də iqtisadiyyatın ağardılmasına xidmət edir və bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir. Ən vacib məqamlardan biri xüsusilə neftdən asılılığın aradan qaldırılmasıdır və qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu baxımdan iqtisadiyyatın diversifikasiyası ilə bağlı islahatlar daha prioritetdir. Son dövlər bu istiqamətdə irəliləyiş və uğurlar əldə edilib. Bütün bunlarla yanaşı, ixracatda qeyri-neft sektorunun payının artırılması olduqca vacibdir. Bu, valyuta həcminin artmasına, nəticə etibarilə büdcəyə daha çox valyutanın daxil olmasına gətirib çıxarır.

- Son olaraq, dünyada baş verən müharibələrin iqtisadi proseslərə təsirindən danışmanızı istərdik…

- Regional müharibələr, bütün istiqamətlərə, xüsusilə də iqtisadiyyata təsir göstərir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra praktik olaraq qiymətlərin artmasını müşahidə etdik. Bu isə dünyada, eləcə də Azərbaycanda istehlak bazarında qiymət artımına gətirib çıxardı. Müharibələr birmənalı şəkildə region bazarında qiymətlərə təsir göstərir, bəzi məhsulların qıtlığını yaradır, nəticə etibarilə idxal inflyasiyasının sürətlənməsinə gətirib çıxarır. Bu baxımdan idxal inflyasiyası müharibə başladıqdan sonra daha da sürətlənib. Azərbaycanda xüsusilə xarici iqtisadi faktorların minimallaşdırılması ilə bağlı tədbirlər görürlür, ərzaq ehtiyatları yaradılır. Bütövlükdə əsas məqsəd ondan ibarətdir ki, strateji məhsulların qiymətlərində dəyişikliklər baş verdikdə bu, Azərbaycanın istehlak bazarına daha az təsir etsin. Bütün hallarda müharibələr region və milli iqtisadiyyatlara təsir göstərir.

Gülnur Qasımzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 May 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri