Icma.az
close
up
RU
İctimai nəqliyyatda yaşlı insanların ayaq üstə qalması təhlükəlidir SƏBƏB

İctimai nəqliyyatda yaşlı insanların ayaq üstə qalması təhlükəlidir SƏBƏB

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İctimai nəqliyyatda gənclərlə yaşlılar arasında zaman-zaman yer vermək məsələsi üzərində yaşanan mübahisələr diqqət çəkir. 

Bəs niyə gənclər bu mövzuda aqressivdirlər?

Mövzu ilə bağlı Redaktor.az‑a açıqlama verən sosioloq Məhbubə Mehdiyeva qeyd etdi ki, ictimai nəqliyyatda oturacaq yerini başqa sərnişinə vermək, bu, bir mübahisə deyil, mədəniyyətdir:

"Bəzən gənclərlə yaşlılar arasında belə mübahisə olur: "Niyə yer verməliyəm?", "Oturmaq mənim də haqqımdır!" Peyğəmbərimiz (s.ə.s) buyurur: “Böyüyə hörmət etməyən, kiçiyə mərhəmət göstərməyən bizdən deyildir”. Yəni yaşlıya hörmət etməmək, sadəcə tərbiyəsizlik yox, dini baxımdan da doğru deyil. Yer vermək sadəcə bir yer dəyişmək deyil, hörmətin, mərhəmətin göstəricisidir. Yaşlı insanların ayaq üstə qalması təhlükəlidir. Sümük sistemi zəif olur, yıxılanda çox asanlıqla sınıq ola bilər. Həmçinin biz yer verəndə, sadəcə tərbiyə yox, bir insanın sağlamlığını qorumuş oluruq".

Sosioloqun sözlərinə görə, dünyanın bir çox ölkəsində yaşlılara böyük hörmət var:

"Yaponiyada yaşlılara böyük hörmət var. Gənclər avtobusda, qatarda heç düşünmədən yer verir. Çünki onlar bilir: yaşlılara hörmət, mədəniyyətin əsasıdır. Almaniyada ictimai nəqliyyatda xüsusi işarələr var: “Bu yer yaşlılara, hamilə qadınlara və əlillərə aiddir”. Gənclər bu qaydaya əməl etməyə borclu sayılır. İstər İslam baxımından, istər elmi, istər də mədəni baxımdan yer vermək düzgün davranışdır. Mübahisə etməyə ehtiyac yoxdur. Yer vermək bizim kiçilməyimiz deyil, böyüklüyümüzdür".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 İyul 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see142

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see132

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see131

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see130

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see127

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see127

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see125

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see123

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see123

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see123

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see121

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see120

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see119

Ermənistan Rusiyaya rədd cavabı verdi

30 İyun 2025 10:06see119

Məşhur aktyor saqqalını kəsdi: sosial mediada gündəm oldu FOTO

30 İyun 2025 18:42see117

Krit adası: Burada qan düşmənləri qardaşa çevrilir, hamilə qadınlar müqəddəs sayılır

30 İyun 2025 00:26see117

İrana qarşı sanksiyaları ləğv etmək üçün şərtini açıqladı

30 İyun 2025 00:49see115

Duyğusal yükdən necə azad olaq? Psixoloqdan MƏSLƏHƏT

01 İyul 2025 05:00see113

Şahin Şahbazov vəzifəsindən ayrıldı

30 İyun 2025 23:02see111

21 ci əsrin 100 ən yaxşı filminin adı açıqlanıb

30 İyun 2025 00:45see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri