İctimai şuranın üzvləri ilə görüş keçirilib
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Energetika nazirinin müavini Samir Vəliyev Energetika Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş keçirib.
Newscenter.az xəbər verir ki, nazir müavini yeni formalaşmış İctimai şuranın sayca üçüncü tərkib olduğunu qeyd edərək, qarşıdakı fəaliyyət dövründə əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib. O, həmçinin şura üzvlərinin enerji sahəsi üzrə ixtisaslaşmış ictimai birlikləri təmsil etməsinin bu əməkdaşlığın effektivliyinə mühüm töhfə verəcəyini bildirib.
Görüş zamanı şura üzvləri öz fəaliyyətləri, eləcə də təmsil etdikləri ictimai birliklərin əsas fəaliyyət istiqamətləri barədə məlumat veriblər. Onlar Energetika Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın həm dövlət-ictimai dialoqunun inkişafına, həm də enerji sahəsində fəaliyyət göstərən ictimai birliklərin təşəbbüslərinin daha səmərəli həyata keçirilməsinə xidmət edəcəyinə əmin olduqlarını bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.
Qeyd edək ki, İctimai şuranın 3-cü tərkibinə 5 nəfər seçilib.
Süleyman
Bu mövzuda digər xəbərlər:ANAMA yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib
23 Sentyabr 2025 17:11
ANAMA yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
27 Yanvar 2025 18:24
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
27 Dekabr 2024 14:09
EATDA rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş
06 Dekabr 2024 11:37
ANAMA yanında İctimai şuranın üzvləri ilə görüş olub
21 Yanvar 2026 11:49
Baxış sayı:130
Bu xəbər 23 İyul 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















