Icma.az
close
up
RU
İctimai Televiziyadan DÇ 2026 nın yayımı ilə bağlı Açıqlama

İctimai Televiziyadan DÇ 2026 nın yayımı ilə bağlı Açıqlama

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İctimai Televiziyadan DÇ-2026-nın yayımı ilə bağlı - Açıqlama

İctimai Televiziya DÇ-2026-nın yayımı ilə əlaqədar məlumat yayıb.

QOL.az xəbər verir ki, kanalında yaydığı açıqlamada bildirilir:

"Bu gün start götürəcək futbol üzrə FIFA Dünya Çempionatı Azərbaycan tamaşaçılarına İctimai Televiziya tərəfindən FIFA-nın yayım qaydalarına və beynəlxalq televiziya standartlarına uyğun olaraq yüksək keyfiyyətlə təqdim olunacaq.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin 104 oyunundan 92-si İctimai Televiziyanın efirində canlı yayımlanacaq. Azərbaycan tamaşaçılarının turnirin bütün oyunlarını canlı izləməsini təmin etmək üçün qrup mərhələsinin 3-cü turunda eyni vaxtda keçiriləcək 12 oyunun CBC Sport-da yayımlanmasına İctimai Televiziya tərəfindən imkan yaradılıb. Bununla da bütün qarşılaşmalar tamaşaçılara canlı şəkildə təqdim olunacaq.

Lisenziya qaydalarına əsasən, turnir ərzində yalnız 15 oyun İctimai TV-nin YouTube kanalı üzərindən canlı yayımlanacaq. Bu çərçivədə ən çox maraq doğuran qarşılaşmalar – Türkiyə millisinin 3 qrup oyunu və 1/8 final mərhələsindən etibarən 12 oyun İctimai TV-nin rəsmi YouTube kanalında canlı təqdim olunacaq. İTV-də yayımlanan bütün oyunlar eyni zamanda itv.az platformasında da canlı izlənilə biləcək.

Azarkeşlər hər gün saat 12:30-da “FİFA Günün İcmalı”nı, gecə saatlarında keçirilən oyunların təkrarını isə 14:00–18:00 aralığında İctimai Televiziyada izləyə biləcəklər. Matçların ən maraqlı epizodları, qollar və icmallar İTV-nin YouTube kanalında da təqdim olunacaq.

Bundan əlavə, gün ərzində “Bol futbol” proqramı çərçivəsində turnirin əsas məqamları və aktual hadisələri peşəkar ekspertlərin iştirakı ilə müzakirə olunacaq. Proqramda müasir yayım texnologiyaları və yeni təqdimat formatları tətbiq ediləcək. Qarşılaşmaların şərhinə İctimai TV-nin və CBC Sport-un şərhçiləri cəlb olunacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 İyun 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri