Icma.az
close
up
RU
İctimai və fərdi nəqliyyat vasitələri ilə səyahətdə REKORD QEYDƏ ALINIB

İctimai və fərdi nəqliyyat vasitələri ilə səyahətdə REKORD QEYDƏ ALINIB

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şərq xalqlarının Ay təqvimi üzrə qeyd olunan Yeni il bayramı və ya Yaz festivalı ilə əlaqədar Çində ictimai və fərdi nəqliyyat vasitələri ilə 9,02 milyard sərnişin səyahəti qeydə alınıb. Bu, ölkə tarixində rekord göstəricidir.

Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, builki səyahətlərin sayı ötənilkindən 7,1 faiz çox olub. Səyahətlərin böyük hissəsi (8,39 milyard) avtobus və avtomobillər, 510 milyonu qatar, 90,2 milyonu hava nəqliyyatı ilə reallaşıb. Su nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 31 milyondan çox olub.

Yaz festivalı ilə əlaqədar səyahət mövsümü ay təqvimi ilə Yeni ilin ilk günündən (Miladi təqvimlə 29 yanvar) 15 gün əvvəl başlayıb və 40 gün davam edib. Bu dövrdə çinlilər ailə üzvlərini, doğmalarını, yaxınlarını, dostlarını görmək, habelə bayram tətilindən yararlanaraq turizm məqsədilə səfərlər edirlər. Elə buna görə də bütün növ ictimai nəqliyyata tələbat artır. Çində yaz festivalı dövründəki səyahət dünyada ölkədaxili ən böyük miqrasiya hesab olunur.

Festival iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də turizm, ticarət, xidmətlər sektorlarında böyük canlanmaya səbəb olur. Elə ümumi səyahətlərin 500 milyonunun turizm məqsədli olması bunun bariz nümunəsidir. Bayram tətilində ölkənin turizm sektorunda dövriyyə 677 milyard yuana (təxminən 93,4 milyard ABŞ dolları) çatıb. Bu rəqəm pandemiyadan əvvəlki (2019-cu il) göstəricidən 31,7 faiz çoxdur. Bayram günlərində kinoteatrların kassa yığımı 2,76 milyard dollar təşkil edib. Bu göstərici ilə Çin kassa yığımına görə dünyada lider ölkəyə çevrilib.

Qeyd edək ki, Şərqi Asiya ölkələrinin ənənəvi Ay təqvimi ilə ilan ili yanvarın 29-da başlayıb. Bayram tətili rəsmən 8 gün olsa da, Çində xüsusən özəl sektorda tətil bir aya yaxın davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Fevral 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri