Icma.az
close
up
RU
İdarə Heyətinin sədri: SOCGOV tədbirləri 5 il davam edəcək

İdarə Heyətinin sədri: SOCGOV tədbirləri 5 il davam edəcək

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 oktyabr, AZƏRTAC

"SOCGOV 2025" beynəlxalq konfransı sosial xidmətlərin gələcək inkişafı, yeni idarəetmə yanaşmaları və beynəlxalq təcrübənin paylaşılması baxımından mühüm platforma olacaq.

AZƏRTAC xəbər verir ki, bunu “Süni intellekt insan və transformasiya üçün” mövzusunda keçiriləcək konfransla bağlı DOST Agentliyində keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

Qeyd olunub ki, konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.

Fərid Məmmədov deyib ki, konfransda dünyanın 20-yə yaxın ölkəsindən nümayəndələr iştirak edəcəklər. Tədbir vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzularını gündəmə gətirəcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar.

"Beynəlxalq konfransda 10 ölkə rəsmi səviyyədə təmsil olunacaq. DOST Agentliyinin brendinə çevriləcək SOCGOV tədbirləri 5 il müddətini əhatə edəcək. Növbəti illər ərzində tədbirlərin səviyyəsi və əhatəliliyini genişləndirmək istəyirik. "SOCGOV 2026" sosial sahədə beynəlxalq mükafatlandırma formatında təşkil ediləcək. Bu, regionda ilk dəfə sosial sahədə mükafatlandırma tədbiri olacaq. Həm Azərbaycan, həm də digər ölkələrdən təqdim olunan layihələrin qiymətləndirilməsi aparılacaq. Sosial müdafiə məşğulluq sahəsində həyata keçirilən layihələrin qiymətləndirilməsindən sonra mükafatlandırılma mərasimi olacaq. 2027-ci ildə bu tədbir Türkdilli ölkələr üzrə Zirvə toplantısı səviyyəsində olacaq. 2028 və 2029-cu illərdə daha yüksək səviyyəli forumların keçirilməsi, son olaraq ən yüksək səviyyədə sosial sahədə forumun keçirilməsi planlaşdırılır. Bu brend DOST Agentliyi tərəfindən aktiv təşviq ediləcək", - deyə F. Məmmədov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri