Icma.az
close
up
RU
İdarə rəisi: Daxil olan kiberinsidentləri mütəmadi araşdırırıq

İdarə rəisi: Daxil olan kiberinsidentləri mütəmadi araşdırırıq

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) kiberinsidentləri mütəmadi araşdırır. Bu kiberinsidentləri araşdırılması zamanı sadəcə onun zərərsizləşdirilməsi və bloklanması ilə bağlı fəaliyyət göstərmirik. Eyni zamanda, belə kiberqruplaşmaları zərərsizləşdirərkən əldə etdiyimiz məlumatları müvafiq digər beynəlxalq təşkilatlarla, eləcə də daxildə Dövlət Təhlükəsizlik Xidməti ilə bölüşürük.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Tural Məmmədov bildirib.

Onun sözlərinə görə, yeni hədəflər və ya yeni qurbanlar olmasın deyə təhlükəsizlik vendorlarıyla məlumat bölüşürük.

“Eyni zamanda da bu tip kütləvi hədəflər olduqda, bununla bağlı həm üzv olduğumuz beynəlxalq təşkilatlarda, həm əməkdaşlıq etdiyimiz dövlətlərin CERT mərkəzləri ilə məlumatları bölüşürük. Eləcə də, belə cinayətkar qrupları zərərsizləşdirmək istiqamətində fəaliyyət göstəririk. Artıq növbəti dəfə biz qruplaşmanın izinə düşüb onların məlumatlarını ələ keçirməyə müvəffəq olduq və 135 ölkədə fəaliyyəti olan böyük bir cinayətkar şəbəkəni ifşa etdik”, - deyə T.Məmmədov qeyd edib.

Azərbaycanın son illərdə kibertəhlükəsizlik sahəsində irəliyə doğru vacib addımlar atdığını qeyd edən T.Məmmədov artıq xanımların da informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsinə marağının olduğunu diqqətə çatdırıb: “Bildiyiniz kimi, qadınların informasiya texnologiyaları (İT) sahəsində çalışması və layihələrinin inkişaf etdirilməsi istiqamətində ölkəmizdə geniş işlər görülür. Bu istiqamətdə “Femmes Digitales” İB də fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Mən artıq iki ildir ki, bu tədbirin münsiflər heyətində çıxış edirəm. Daxil olan CV-lərdən, forumlardan da görürəm ki, həqiqətən qadınların informasiya texnologiyaları sahəsinə böyük maraqları var”, - deyə T.Məmmədov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Dekabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri