İdarəetmədən çıxan maşın yeniyetmə velosipedçinin üstündən keçdi VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
İdarəetmədən çıxan avtomobil yeniyetmə velosipedçinin üstündən keçib. Avtosfer.az xəbər verir ki, Şimali Osetiya Respublikasında baş verən qəzanın görüntüləri yol kənarında yerləşən bir evin kamerasına düşüb. Yüksək sürətlə hərəkətdə olan “Lada Granta” markalı avtomobil sürücüsünün idarəetməsindən çıxaraq yolun əks zolağına keçib. Həmin zolağın sağ kənarı ilə gedən 12 yaşlı velosipedçi oğlan üzərinə avtomobilin gəldiyini görərək panikaya düşüb və müvazinətini itirərək yıxılıb. Bu zaman sürətlə gələn avtomobil onun üstündən keçib. Hadisə nəticəsində çoxsaylı ağır xəsarətlər alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Hazırda o, reanimasiyadadır. Həkimlər onun həyatda qalması üçün mübarizə aparırlar.
Sözügedən hadisənin anbaan kadrlarını təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 29 İyul 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















