İDDİA: Çin vətəndaşı Azərbaycan vətəndaşlarının 10 milyon dollarını mənimsədi
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vanq Tianbao adlı Çin vətəndaşının Bakıda avtomobillə təmin edəcək vədi ilə onlarla Azərbaycan vətəndaşının 10 mln ABŞ dollarından artıq pulunu mənimsədiyi iddia edilir.
Lent.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov APA-nın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb. Müvafiq araşdırmaların aparılması Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə edilib. Hazırda zərər çəkmiş şəxslərin müraciətləri əsasında zəruri istintaq tədbirləri həyata keçirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.

Çin vətəndaşı Azərbaycan vətəndaşlarının 10 milyon dollarını mənimsədi
27 Noyabr 2024 22:33
Çin vətəndaşı azərbaycanlıların 10 milyon dollarını mənimsədi
28 Noyabr 2024 00:49
Çin vətəndaşı azərbaycanlıların 10 milyon dollarını mənimsədi DİN hərəkətə keçdi
27 Noyabr 2024 22:05
Çinli Azərbaycan vətəndaşlarının 10 milyonunu mənimsədi
27 Noyabr 2024 22:17

