Icma.az
close
up
RU
İddiaların heç bir əsası yoxdur! Səfirlikdən CAVAB

İddiaların heç bir əsası yoxdur! Səfirlikdən CAVAB

Icma.az bildirir, Modern.az portalına istinadən.

Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasına turizm məqsədilə səfər etmək istəyən İraq Respublikası vətəndaşlarının çətinliklərlə üzləşdiyi barədə bəzi iddialar yayılıb.

Azərbaycanın İraqdakı səfirliyi yayılan iddialarla bağlı açıqlama yayıb.

Modern.az-ın məlumatına görə, Səfirliyikdən bildirilib ki, iddiaların heç bir əsası yoxdur və həqiqəti əks etdirməyən bu kimi məlumatların yayılması yanlışdır:

"İraq Respublikasında viza müraciətlərinin qəbulu və emalı prosesinin sürətləndirilməsi, ölkəmizə turizm məqsədilə səfər etmək istəyən İraq Respublikası vətəndaşlarına daha keyfiyyətli xidmətin göstərilməsi, viza rəsmiləşdirilməsi məqsədilə saxta sənədlərlə müraciət edən şəxslərlə mübarizənin gücləndirilməsi məqsədilə Xarici İşlər Nazirliyi ilə müvafiq sahə üzrə ən irimiqyaslı beynəlxalq şirkət olan “VFS Global” arasında Anlaşma Memorandumu imzalanıb.

Bu memoranduma uyğun olaraq, İraq Respublikası vətəndaşlarının, o cümlədən bu ölkədəki digər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin turizm məqsədli viza müraciətlərinin qəbul edilməsi 10 iyul 2024-cü il tarixindən etibarən “VFS Global” şirkətinin Bağdad şəhərindəki ofisinin “Azərbaycan Viza Müraciətləri Mərkəzi” tərəfindən təşkil olunur. Ölkəmizə səfər etmək istəyən hər bir İraq Respublikası vətəndaşı viza rəsmiləşdirilməsi barədə zəruri məlumat əldə etmək məqsədilə, Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi üçün fəaliyyət göstərən sözügedən “Viza Mərkəzi”nə müraciət edə bilər.

Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi və “VFS Global” şirkətinin Bağdad şəhərindəki ofisinin “Azərbaycan Viza Müraciətləri Mərkəzi” tərəfindən İraq Respublikası vətəndaşlarının viza müraciətləri ilə bağlı sənədlərin qəbulu, icraatı və təhvil verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.  Mərkəz çərçivəsində bütün xidmətlər Anlaşma Memorandumunda müəyyən edilmiş vahid xidmət haqqları əsasında təşkil olunur.

Mərkəzin fəaliyyətinə Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi və “VFS Global” şirkətinin baş ofisi tərəfindən ciddi nəzarət edilir, həmin mərkəzin fəaliyyəti üzrə mütəmadi əsasda monitorinq aparılır".

Açıqlamada o da qeyd edilib ki, mənfi reputasiyaya malik turizm şirkətlərindən sənədlərin qəbul edilməsi qadağan olunub:

"Bununla yanaşı, müvafiq sahə üzrə şəffaflığın təmin edilməsi məqsədilə İraq Respublikasında mənfi reputasiyaya malik turizm şirkətlərindən sənədlərin qəbul edilməsi qadağan olunub.

Aparılmış sözügedən tədbirlər nəticəsində ölkəmizə turizm məqsədilə səfər etmiş İraq Respublikası vətəndaşlarının sayında ciddi artım müşahidə olunmaqdadır. Belə ki, 2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycan ilə İraq arasında birbaşa uçuşların olmadığına və bu ilin iyun ayında İraq Respublikasının hava məkanının bağlı olmasına baxmayaraq, 2025-ci ilin 27 oktyabr tarixinədək Səfirlik tərəfindən 5904 müraciət qəbul edilib. Bunlardan 5650 viza rəsmiləşdirilib (2024-cü il ərzində 4800 viza müraciəti qəbul edilib).

Mətbuat vasitəsilə şikayət edən şirkətlər tərəfindən nə ölkəmizin İraqdakı Səfirliyinə, nə də “Viza Mərkəzinə” hər hansı müraciət təqdim edilməyib. Şikayətdə adı hallanan “Alkaither” şirkəti Azərbaycan kütləvi informasiya vasitələrində onun adından yayılan müraciətin saxta olduğunu bildirərək, Azərbaycan Respublikasına səfər etmək istəyən İraq Respublikası vətəndaşlarının viza müraciətləri ilə bağlı hər hansı çətinliyin müşahidə olunmadığı barədə məlumat verib.

Müvafiq sahə üzrə daxil olan bütün müraciətlər, o cümlədən şikayətlər Xarici İşlər Nazirliyi və Səfirlik tərəfindən ciddi yoxlanılır və yoxlama nəticəsində müvafiq nöqsanlar qeydə alındıqda onların aradan qaldırılması üçün zəruri tədbirlər görülür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri