Icma.az
close
up
RU
İdeya ilə əməlin vəhdətindən doğan şərəfli tarix

İdeya ilə əməlin vəhdətindən doğan şərəfli tarix

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

“Artıq 35 ildir ki, dünya azərbaycanlıları 31 dekabrı Həmrəylik Günü kimi qeyd edir. Ötən müddət ərzində bütün dünyaya sübut etdik ki, bizim həmrəyliyimiz sadəcə şüar deyil, bu, ideya ilə əməlin vəhdətindən doğan reallıqdır. Həm də təkcə Azərbaycan vətəndaşlarının deyil, dünyanın dörd bir tərəfinə səpələnmiş azərbaycanlıların həmrəyliyidir. Həmrəyliyin qarantı isə Azərbaycan dövləti və onun Ali Baş Komandanı İlham Əliyevdir. Dünyanın harasında yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq dövlət olaraq özünü azərbaycanlı sayan hər bir kəsin yanındayıq, onların hüquqlarının müdafiəçisiyik. Çox müsbət haldır ki, soydaşlarımız da Azərbaycanı özünə doğma Vətən hesab edirlər və daim onu müdafiəsinə qalxırlar”.

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, bir neçə gün sonra bütün dünyadakı azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edəcək: “31 dekabr dünya azərbaycanlılarını birləşdirən mühüm bir tarixi gündür. Milli həmrəylik və milli özünüdərk ideyalarını əks etdirən simvolik bir gün olan 31 dekabr həm də Azərbaycan xalqının tarixi mübarizəsini və milli dəyərlərini özündə əks etdirir. Türkmənçay sülh müqaviləsindən sonra 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması o taylı – bu taylı azərbaycanlıların qovuşması, bir olması istiqamətində atılmış ən ciddi addım idi. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərinin dağıdılması tarixin diktəsi, milli ruhun tələbi idi. Naxçıvan Ali Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etdi. Sovet İttifaqı Kommunist Partiyası, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitəsi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atsalar da, xalqın iradəsini qıra bilmədilər. 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Bu fərmanla həm ölkə daxilində, həm də dünyada azərbaycanlıların birliyinin hüquqi bazasını yaratdı. Belə bir qərarın qəbul edilməsi böyük cəsarət tələb edirdi. Bütün dünya azərbaycanlıların milli oyanışını, cəsarətini böyük maraqla, heyranlıqla izləyirdilər. Tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində apardığımız mübarizə sərhədləri dəyişə bilməsə də, milli oyanış yaratdı, özünüdərk hissini gücləndirdi. Bu gün Cənubi Azərbaycanda yaşayan soydaşlarımız Şimali Azərbaycanı özünə vətən sayırlar. Bu gün informasiya qıtlığı, təmasların azlığı səbəbindən soydaşlarımızın milli oyanışının səviyyəsi barədə bizin təsəvvürlərimiz zəifdir. Bakını qibləgah, cənab İlham Əliyevi özlərinə Ali Baş Komandan sayan milyonlarla soydaşımızın ürəyi bizimlə döyünür. 44 günlük Vətən Müharibəsində biz bunun əyani şahidi olduq. Arazın o tayında Azərbaycan Ordusunun şücaətini, irəliləməsini böyüş coşqu ilə izləyən soydaşlarımız bizim qələbəmizi həm də öz qələbələri hesab edirdilər. Onların İrandan Ermənistana silah daşınmasına qarşı dirənişləri, etirazları həmrəyliyimizin bariz nümunəsi idi”.

M.Vəliyeva qeyd etdi ki, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər: “Böyük Zəfərimizdən sonra dünya azərbaycanlıları “Mən azərbaycanlıyam” ifadəsini daha ucadan, gur səslə, fəxrlə deyirlər. Artıq 5-ci ildir ki, dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qalib xalqın nümayəndələri kimi qeyd edirlər. Onlar dünyada özlərini qürurla, alnıaçıq, üzüağ yaşayırlar. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi sağlam təməllər üzərində qurulub. Bu birlik bizi daha güclü edir. İnanıram ki, Azərbaycan 2025-ci ildə daha böyük uğurlara imza atacaq və bu uğurlarımız Həmrəyliyimizi daha da gücləndirəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Dekabr 2024 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri