IDF İran xalqına müraciət etdi “Dərhal tərk edin”
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri (IDF) İranda davam edən hərbi əməliyyatlar fonunda İran xalqına fars dilində təcili xəbərdarlıqla müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, İsrail ordusunun farsdilli sözçüsü Kamal Pənhasi ölkə boyu hərbi sənaye müəssisələrinin və hərbi infrastruktur obyektlərinin daxilində və ya yaxınlığında olan bütün şəxslərə müraciət edərək əraziləri dərhal tərk etməyə çağırıb.
“Təhlükəli silah və qurğuların yaxınlığındasınız. Əziz vətəndaşlar, təhlükəsizliyiniz və sağlamlığınız üçün sizdən xahiş edirik ki, dərhal bu yerləri tərk edin və növbəti xəbərdarlığa qədər bu ərazilərdən kənarda qalın. Bu cür hərbi obyektlərin yaxınlığında olmaq insanların həyatı üçün birbaşa və ciddi təhlükə yaradır”, – deyə sözçü bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında İsrail və ABŞ İrandakı hərbi obyektlərə, o cümlədən raket istehsalı fabriklərinə və nüvə infrastrukturu ilə əlaqəli məntəqələrə qarşı “qabaqlayıcı hücum” əməliyyatına başlayıblar. Beynəlxalq agentliklər artıq paytaxt Tehran, Qum, İsfahan və digər strateji şəhərlərdə partlayışların baş verdiyini xəbər verirlər.
Baxış sayı:153
Bu xəbər 28 Fevral 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















