İdman Akademiyası 250 minə nə alacaq?
Icma.az bildirir, Tribuna portalına istinadən.
Azərbaycan İdman Akademiyası tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, akademiya maşın və avadanlıqların satın alınması məqsədi ilə keçirdiyi müsabiqəni “ULTRA TECHNOLOGİES” MMC-yə verib.
MMC ilə isə 250.559,43 manatlıq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, 1999-cu ildə yaradılmış “ULTRA Technologies” şirkətinin baş direktoru Məhəmməd Zülfüqarlıdır. Şirkət İKT sahəsində fəaliyyət göstərir.

