İdman tarixinin ən bahalı kolleksiya əşyası Foto
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Maykl Cordan və Kobi Brayantın imzalarını daşıyan unikal basketbol kartı "Heritage" hərracında 12,9 milyon dollara satılıb.
Axşam.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Satılan kart təkcə basketbol üzrə deyil, ümumiyyətlə dünya idman tarixi üzrə ən bahalı kolleksiya əşyası olub. Kartı tanınmış kolleksiyaçı "Shyne150" ləqəbli Metyu Allen, kanadalı investor Kevin O'Liri və Mayamidən olan sahibkar Pol Uorşou birlikdə əldə ediblər.
Daha əvvəl dünya üzrə ən bahalı idman kartı beysbolçu Honus Vaqnerin T-206 kartı olmuşdu – 7,25 milyon dollar. Ondan sonra isə Miki Mentlın #311195 Topps kartı 12,6 milyon dollara satılmışdı. Basketbolda isə indiyədək ən bahalı kart Stiven Karriyə məxsus imzalı kart idi – 5,9 milyon dollar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 28 Avqust 2025 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















