Icma.az
close
up
RU
“İdman TV” dən İranın “Traktor”la bağlı iddialarına cavab: Kimsə zəif olduğunu düşünürsə…

“İdman TV” dən İranın “Traktor”la bağlı iddialarına cavab: Kimsə zəif olduğunu düşünürsə…

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın “İdman TV” kanalının Təbrizin “Traktor” klubunun Asiya Çempionlar Liqasındakı oyunlarını canlı yayımlaması Güney Azərbaycan və İranda yaşayan azərbaycanlılar arasında böyük maraq doğursa da, bu, bəzi dairələrin narahatlığına səbəb olub.

Sportal.az "Publika.az"a istinadən xəbər verir ki, sosial şəbəkələrin İran seqmentində yayılan paylaşımlarda narazılar iddia ediblər ki, bu addım Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlılara təsir vasitəsidir. Onlar “İran komandası”nın oyunlarının başqa dildə şərh edilməsindən narahat olduqlarını bildiriblər. Fikirlərinə görə, bu, İranda Azərbaycan dilinə marağın artmasına və fars dilinin nüfuzunun zəifləməsinə gətirə bilər.

Son həftələrdə “İdman TV”-nin yayımları nəticəsində güneylilərin əksəriyyəti “Traktor”un oyunlarını İran kanallarından deyil, Azərbaycan kanalından izləyir. Bu isə güya yerli yayımçı kanalların izləyici sayının azalmasına gətirib çıxarıb.

Məsələ ilə bağlı “İdman TV”-nin mövqeyini öyrəndik. Kanalın rəhbəri Zaur Zeynal Publika.az-a açıqlamasında İran tərəfindən gələn iddialarla bağlı bunları dedi: İdmandan siyasi alət kimi istifadə etmək olmaz. İdman idmandır, siyasət siyasət.

”İdman TV”-nin nizamnaməsində idmanın təbliği, kütləviliyin artırılması, xarici idman yarışlarının obyektiv və peşəkar şəkildə yayımlanması prinsipləri dayanır. İdmandan siyasi alət kimi istifadə etməyə çalışanlara sözümüz budur: gəlin, öz gücümüzü siyasi şüarla və ya ideoloji təxribatla yox, peşəkarlıqla göstərək, necə ki, “İdman TV” bunu nümayiş etdirir.

“Traktor” komandasına gəlincə, bu komanda Təbrizin Asiya Çempionlar Liqasında təmsilçisidir. Biz isə Asiya Çempionlar Liqasının yayım hüququna malik kanal olaraq, bütün komandaların, o cümlədən “Traktor”un oyunlarını yayımlamaq missiyasını və məsuliyyətini üzərimizə götürmüşük. Bu işi də peşəkar səviyyədə yerinə yetiririk. İndi kimsə bizi özü ilə müqayisə edib zəif olduğunu düşünürsə, bu, bizim günahımız deyil”.

İranda yaşayan soydaşlarımız isə qeyd edirlər ki, “İdman TV” oyunları daha peşəkar yayımlayır, şərh edir və Azərbaycan dilində təqdim olunan reportajlar “Traktor” azarkeşləri üçün daha doğma və cəlbedici görünür.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sportal.az
archiveBu xəbər 23 Oktyabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri