Icma.az
close
up
RU
İdman yarışlarında uğur qazanmış FHN əməkdaşları ilə görüş keçirilib

İdman yarışlarında uğur qazanmış FHN əməkdaşları ilə görüş keçirilib

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin idman yarışlarında uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, 7-9 iyun tarixlərində keçirilmiş Abşeron Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə yunan-Roma güləşi üzrə U15 və sərbəst güləş üzrə U15 və U23 yaş qrupları üzrə “Çempion” kəmər turnirində altı müxtəlif ölkədən (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan) 40-dan çox idman cəmiyyəti və klublardan olmaqla 770-ə yaxın idmançı qüvvələrini sınayıb.

Yarışda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun uşaq, yeniyetmə və gənclərdən ibarət komandasının üzvləri İdman-sağlamlıq klubunun əməkdaşı baş leytenant Elmir Qəmbərovun rəhbərliyi ilə yüksək nəticələr əldə ediblər. Belə ki, sərbəst güləş üzrə U15 yaş qrupları arasında 21 kq çəki dərəcəsində Səid Abdullayev, 53 kq çəki dərəcəsində isə Bərdan Səfərli bürünc medala layiq görülüblər. Komandanın digər üzvü 48 kq çəki dərəcəsində Rasim İbrahimli bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına və kəmərinə sahib çıxıb.

Qaliblərə Azərbaycan Güləş Federasiyasının təsis etdiyi diplom, medal və kəmər təqdim olunub.

Bundan əlavə, 11 iyun 2025-ci il tarixində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə üzrə yarışlara yekun vurulub.

Yarışda altı dövlət qurumundan 30-a yaxın əməkdaş kişilər və qadınlar bir nəfərlik qayıqda (K-1), kişi cütlüklər və qarışıq cütlüklər iki nəfərlik qayıqda (K-2) olmaqla öz qüvvələrini sınayıblar.

Fövqəladə Hallar Nazirliyinin yarışda iştirak edən 5 nəfərdən ibarət komandasının əməkdaşları yüksək nəticələrə imza atıblar. Şəxsi yarışlar üzrə K-1 kateqoriyasında kişilər arasında FHN Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Elxan Əsədov gümüş, FHN-in Akademiyasının əməkdaşı baş leytenant Özcan Kərimov bürünc medalın sahibi olublar. Qadınlar arasında Nazirliyin Bakı Regional Mərkəzinin əməkdaşı leytenant Leyla Əliyeva bütün rəqiblərini qabaqlayaraq yarışın çempionu adını qazanıblar. Komandanın digər üzvü FHN-in Aparatının əməkdaşı Mələkxanım Məmmədova isə bürünc medala yiyələnib. Qarışıq cütlüklər arasında K-2 kateqoriyası üzrə də Rüfət Əhmədov və Leyla Əliyeva mübarizə apararaq yarışın ən yüksək pilləsinə qalxmağı bacarıblar. Kişi cütlüklər arasında keçirilən yarışda isə FHN-in Akademiyasının əməkdaşı baş leytenant Özcan Kərimov və Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Elxan Əsədov yarışı üçüncü yerdə tamamlayıblar.

12 iyun 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaşlar və idmançılarla görüşərək, onları qazandıqları nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 İyun 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri