İdmançılarımız Türkiyədə iki qızıl medal qazandılar
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan idmançıları Türkiyənın Antalya şəhərində keçirilən hərbi kikboksinq üzrə 1-ci "CISM" açıq çempionatında 2 qızıl medal qazanıblar.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrcə dünya və Avropa çempionu Eduard Məmmədovun yetirmələri olan Elvin Məmmədov (54 kq) və Amin Quliyev (67) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bundan başqa, Eduard Məmmədov 11 ölkə idmançılarının qatıldığı yarışın ən yaxşl baş məşqçisi adına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan millisi yarışı ümumilikdə 7 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.
Bizim.Media

İdmançılarımız Türkiyədə iki qızıl medal qazandılar
24 Noyabr 2024 13:06
İdmançılarımız Portuqaliyada qızıl medal qazandılar
24 Mart 2025 12:01
İdmançılarımız Türkiyədə 7 qızıl medal qazandı
24 Noyabr 2024 13:34
İdmançılarımız Türkiyədə 2 qızıl medal qazanıblar
24 Noyabr 2024 11:52

