İdmançımız Avropa birinciliyində 3 gümüş medal qazandı Foto
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağırlıqqaldırma üzrə yığma komandamızın üzvü Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində 3 gümüş medal qazanıb.
“Qafqazinfo” xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Tehran birdən qaldırma hərəkətində 133 kq çəkini ram etməyi bacarıb. Təkanla qaldırma hərəkətində 155 kq ağırlığı başı üzərinə qaldıran Məmmədov toplamda 288 kq nəticə göstərib.
Beləliklə birdən və təkanla qaldırma hərəkətlərinin uğurlu icrasına görə 2 gümüş mükafat qazanan Tehran Məmmədov toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 30 Oktyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















