Icma.az
close
up
RU
“İdmançımız erməni rəqibinin boynunu sındırdı” yazırdıq, amma indi... ”

“İdmançımız erməni rəqibinin boynunu sındırdı” yazırdıq, amma indi... ”

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Elə etmək lazımdır ki, erməni azərbaycanlı görəndə özünü vəhşi kimi aparmasın, biz də onları görəndə elə davranmayaq. Gələcək nəsillərin beynini zəhərləmək olmaz”.

Bu sözləri "Yeni Sabah"a Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.

Onun sözlərinə görə, qarşılıqlı münasibətlərdə nifrət dili olmamalıdır: pizza

“İngilis dilində belə bir anlayış var: “hate speech”. Yəni nifrət dili. Qarşılıqlı münasibətlərdə nifrət dili olmamalıdır. Söhbət bundan gedir. Biz bölgədə sülh istəyiriksə, buna əməl etməliyik. Biz sülh istəyirik, çünki görürük ki, işğaldan sonrakı bir neçə il ərzində Azərbaycan nə kimi böyük bərpa-tikinti işləri aparıb.

Müharibə olsa, bütün bunları etmək mümkün olmayacaq. Hələ də azad olunmuş ərazilərdə minaları təmizləyib qurtara bilməmişik. Söhbət bizim, yaxud sizin nəsildən getmir. Söhbət son nəsillərin tərbiyəsindən gedir. Elə etmək lazımdır ki, erməni azərbaycanlı görəndə özünü vəhşi kimi aparmasın, biz də onları görəndə elə davranmayaq. Gələcək nəsillərin beynini zəhərləmək olmaz.

İdman yarışlarında bizimkilər erməniyə qalib gələndə, “idmançımız erməni rəqibinin boynunu sındırdı” yazırdıq və haqqımız da var idi. Amma bundan sonra fikri “Ermənistandan olan idmançıya qalib gəldi” kimi ifadə etmək lazımdır. Yəni bu nümunədə olduğu kimi, qıcıqlandırıcı ifadələrə yol verilməməlidir.

Təhqir, aşağılama, nifrət doğuran ifadələr və məqamlar olmamalıdır. Bir-birimizi bu şəkildə "doldursaq", yenə də sakitlik olmayacaq. Bunun qarşısını almaq lazımdır ki, rahat yaşayaq, inkişaf edək”. 

Elçin Şıxlı qeyd edib ki, sülhü Azərbaycan və Ermənistan özü əldə edib:

“Məktəbliləri nifrət mühitində böyütmək olmaz. Amma tarix həqiqətdirsə, həqiqət yazılmalıdır. Məsələn, yazırıq ki, Makedoniyalı İsgəndər gəldi, filan yeri işğal etdi, bunun nəticəsində filan qədər insan tələf oldu. Belə yazmamalıyıq ki, alçaq, murdar, özündən müştəbeh Makedoniyalı İsgəndər gəldi və s. Yəni bu kimi bənzətmələr və qiymətvermə olmamalıdır.

İndi bir çoxları deyir ki, Azərbaycan və Ermənistan ABŞ-nin sözü ilə barışdı. Bunu özümüz etmişik. Qalib gəldik və ölkə rəhbəri öz iradəsi ilə yaranan vəziyyətdən çox diplomatik şəkildə, ustalıqla istifadə etdi. Ermənistan onsuz da bizim şərtləri qəbul etməyə hazır idi. Sadəcə olaraq, buna beynəlxalq zəmanət lazım idi.

Rusiya buna heç vaxt razılaşmazdı. Çünki münaqişənin yaranmasını və uzanmasını istəyən məhz Rusiyadır. İran bu konfliktin davam etməsini istəyəndir. Çünki müstəqil və çiçəklənən Azərbaycan onun üçün həmişə təhdiddir. ABŞ isə regionda öz nüfuzunu bərpa etmək üçün, bir növ, zamin funksiyasını yerinə yetirdi. Sülhə nail olan biz özümüzük. Bunu unutmamalıyıq”.

Xatırladaq ki, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” sazişin VIII maddəsinə görə, tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Avqust 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri