Icma.az
close
up
RU
İdmançının valideyni od püskürdü: Fərid Qayıbov ancaq başını yelləyirdi

İdmançının valideyni od püskürdü: Fərid Qayıbov ancaq başını yelləyirdi

Apasport saytına istinadən Icma.az xəbər verir.

Bu günlərdə sosial şəbəkələrdə yayılan video Azərbaycan tennisinin acınacaqlı vəziyyətini ortaya çıxardı. 

Apasport.az xəbər verir ki, söhbət 14 yaşlı qızın divarla tennis məşqi etdiyi kadrlardan gedir. Videodan aydın olur ki, öz yaş qrupunda Azərbaycan çempionu olan Ayşən Kərimli məşq etmək üçün yer və rəqib tapa bilmir. Kortlarda hazırlıq keçməsi üçün ondan ödəniş tələb olunur, özünü inkişaf etdirməsi üçün də uyğun rəqib yoxdur. 

“Azərbaycan çempionu divarla məşq edir” – Ayşən Kərimlinin tək mübarizəsi

Paylaşımda deyilir: “Bu kadrda gördüyünüz qızımız tennis idman növü üzrə Azərbaycan çempionu Ayşən Kərimlidir. Onunla qürur duyuruq. Amma utancverici hal da var. Çempion qızımız 5 may 2025-ci il tarixində başlayacaq reytinq xalı verən beynəlxalq turnirə tennis kortunda yox, Buzovnada, aşağı məhəllədə, divarla hazırlaşır.

Səbəb nədir? Səbəb odur ki, çempionumuzla sparrinq etmək üçün tennisçi yoxdur. Bu azmış kimi federasiya tərəfindən məşq üçün zal verilmir. Olan kortlar isə ödənişlidir. Düşünə bilirsiniz? Çempion haqqı olan, məhz onlar üçün tikilib istifadəyə verilən kortda məşq edib Azərbaycanın adını zirvələrə qaldırmaq üçün öz cibindən ödəniş edir. Valideyni deyir ki, Bakı Tennis Akademiyasında məşq etmək gündüz 25, axşam 40 AZN-dir. Gənclikdə yerləşən kortda isə gündüz 27, axşam isə 47 AZN ödəniş etməklə məşq edirlər.

Bu laqeyd və deyərdim ki, qərəzli münasibətin səbəbkarı isə rəhbəri sabiq spiker Oqtay Əsədov olan Azərbaycan Tennis Federasiyası və təbii ki, Azərbaycan Gənclər və İdman Nazirliyidir. Ümid edirəm ki, nazir Fərid Qayıbov bu utancın aradan qaldırılmasına göstəriş verər.

Sabah bu uşaq dünya çempionu olanda valideynindən, məşqçisindən öncə özünüzü ön sırada göstərəcəksiniz. Bunun üçün üzünüz olsun”.

“Ayşənin qarşısı kəsildi, zəiflər irəli verildi” – seçim belə oldu

Apasport.az məsələyə aydınlıq gətirilməsi üçün Ayşən Kərimlinin atası Əli Kərimovla əlaqə saxlayıb. Əli Kərimov bildirib ki, bu vəziyyət 4-5 ildir, davam edir: “Ayşəndən Fərid Qayıbovun da, Oqtay Əsədovun da xəbəri var. Daha öncə də idmanın içində olmuşam. “Xəzri”nin təsisçi direktoru idim. Həmin vaxt da yolumuzu çox kəsdilər. AFFA tərəfindən maneələr oldu və futboldan uzaqlaşdım, qızımla məşğul olmağa başladım. 2017-ci ildən tennislə məşğuluq. Sadə vətəndaş kimi idmançı yetişdirirəm. Hazırda Ayşən dünya reytinqində ilk 400 tennisçi arasındadır. Çətinliklərə baxmayaraq, həmin yerlərə gəlib çıxmışıq. Hətta ilk 100-lüyə də düşə bilərdik. Qızımın yolunu kəsən şəxs isə Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayevdir. O, Oqtay Əsədovun kürəkənidir”.  

Əli Kərimov deyir ki, qızını 3 ildir, milli komandadan uzaqlaşdırıblar: “Yarışlara, təlim-məşq toplanışlarına aparmırlar. Beynəlxalq turnirlərdə öz hesabımıza iştirak edirik. Bu il Antalya və Serbiyada Gimnaziada keçirildi. Ayşəndən zəif olan tennisçilər həmin turnirə qatıldılar və bizi biabır etdilər. Ayşən yarışa qatılsa, ən azından 3 mərhələ keçəcək, öz hesabına reytinq xalları əlavə edəcəkdi. Orada iştirak etmək 120 reytinq xalı sayılır. 

Məşqləri də özümüz edirik. Ölkədə səviyyəmizə uyğun rəqib tapa bilmirik. Qızım ölkə daxilində 4-5 turnirdə iştirak edib. Hamısında qalib gəlib və bütün görüşlərdə rəqibə bir xal belə verməyib. Ayşən həmin uşaqlarla məşq etsə, yerində sayacaq və bəlkə də geriyə gedəcək. Çünki temp, rəqabət yoxdur. Bu səbəbdən Ayşən ötən il 205 gün Azərbaycandan kənarda məşq edib. Həmin müddətdə 30 min manat xərcləmişəm. 

“Əsədovlar federasiyanı ailə şirkətinə çevirib” – Giley, ittiham və sistem böhranı

Oqtay Əsədov 22 ildir, Tennis Federasiyanın prezidentidir. O və komandası hər zaman Bakı Tennis Akademiyasında oturublar. Bölgələrə nəzarət etməyiblər. Ona görə də bizim tennisçimiz yoxdur. 

2021-22-ci illərdə bizə kömək olunurdu. Azad Rəhimovun dövründə diqqəti üzərimizdə hiss edirdik. Onun müavini İsmayıl İsmayılovla görüşdüm. Ayşəni nazirliyin hesabına İstanbula göndərdilər və 3 ay orada məşq etdi.

Həmin dövrdə Oqtay Əsədovla da görüşdüm. Məni dinlədi, Ayşənə dəstək göstərməyə başladılar, ona şəxsi məşqçi də ayırdılar - milli komandanın məşqçisi Yalçın Manaflı. Ancaq məşqçinin 150 kq çəkisi vardı. Görürdüm ki, məşq prosesi düzgün deyil, iradlarımı bildirmək üçün Mehman Qocayevin yanına yollandım. Mənə əsəbiləşdi, uşağı millidən kənarlaşdırdılar. 

2021-ci ildə Antalyada turnirdə çıxış etdik. Yaxşı nəticələr qazandıq, iki ermənini məğlub etdik. Bakıya gələndə gözləyirdik ki, ən azından təbrik edərlər, təşəkkür bildirərlər. Həmin vaxt federasiyada vitse-prezident Oqtay Əsədovun kürəkəni, baş katib də bacısı oğlu idi. Ata-oğul vəzifədəydilər, federasiyada vəziyyət budur. Bizə bildirdilər ki, Mariana Vasilevanın (Gənclər və idman nazirinin sabiq müavini – red.) göstərişi ilə U-13 ləğv olunmalıdır. Bütün ölkələrdə olan qrup nədənsə bizdə ləğv olundu. Guya, özlərindən sistem qurublar, Vasileva da korrupsiyanın qarşısını almağa gəlib. Hər şeyi öz əlinə keçirmək istəyirdi, bacardı da. Fərid Qayıbovu o idarə edirdi.

Zirvəyə aparan yol 40 manatlıq kortdan keçir – bu, utanc deyilmi?

Qayıbovla görüşdüm, problemləri çatdırdım. Nə desəm, ancaq başını yelləyirdi. Bildirdim ki, Oqtay Əsədovun yenidən prezident seçilməsi tennisçilərə təhqirdir. Nazir də mənə baxdı, güldü. Ancaq bir söz deyirdi: “Araşdırılacaq”.

Mayın 5-dən beynəlxalq turnir start götürüb. Qızım da orada iştirak edir. Ötən günlərdə məşq üçün Bakı Tennis Akademiyasına getdik. Bizdən pul tələb etdilər. Yalnız bizdən yox, hamıdan ödəniş istəyirlər. Fərqi yoxdur ki, sən millinin oyunçususan, ya həvəskarsan, Bakı Tennis Akademiyası açıq bazardır”.

“Valideynin istəkləri fərqliymiş” – federasiyanın cavabı

Mövzu ilə bağlı Azərbaycan Tennis Federasiyası ilə də əlaqə saxladıq. Qurumdan ittihamların doğru olmadığı bildirildi: “Bu, 1-2 ayın mövzusu deyil. Həmin söhbət, illərdir, gedir. Məsələ Gənclər və İdman Nazirliyi səviyyəsinə qədər çıxıb. Valideynin yazdıqları ilə uşaqın dedikləri üst-üstə düşmür. Digər uşaqlara yaradılan şərait Ayşənə də yaradılıb. Valideynin iddiaları və ambisiyası başqadır. Ortada pul söhbəti və başqa məsələlər var. Bu da ayrı-seçkiliyə yol aça bilər. Ayşən milli komandanın düşərgəsində məşq edir, müxtəlif turnirlərə qatılır. Bunların hamısı rəsmi qaydada, sənəd üzərində mövcuddur. Bir neçə dəfə hüquqşünasların da iştirakı ilə iclas keçirmişik. Qarşı tərəf də dəvət olunub. Lakin razılığa gəlmək mümkün olmayıb. 

Valideynin uşaq üzərindən istəkləri tamam başqadır. Bu da əsasnaməyə, federasiyanın fəaliyyətinə uyğun gəlmir. Tələblərdən uyğun olanların hamısı yerinə yetirilib. Ona məşqçi də, kort da verilib. 

“Kort da, məşqçi də verilib” – bəs niyə divarla oynayır?

Fəaliyyətimizə uyğun olmayan tələblər yerinə yetirilmədikdə bu problemlər yaranmağa başladı. Valideyn uşağın məhəllədə məşq edərkən videosunu çəkib paylaşıb. Bu da normal haldır. Futbolla məşğul olan uşaqlar da məşqdən sonra evə gedir və məhəllədə fərdi çalışmaları icra edirlər. 

Valideyn uşağı öz hesabına müxtəlif ölkələrdə turnirlərə apardığını söyləyir. İdmançının milli səviyyəsində olmayan yarışlarda fərdi iştirak etməsi normal haldır. Burada qəribə bir şey yoxdur. Millinin yarışlarının protokolları mövcuddur. Ayşənin yarışlarda iştirak etdiyi, digərlərindən kənarda qalmadığı sənədlərdə əksini tapır”.

Məsələ ilə bağlı Azərbaycan Gənclər və İdman Nazirliyinin mövqeyini də öyrəndik.

Nazirlikdən “Biz rəsmi dövlət qurumuyuq. Bu tip ittihamlara cavab verməyimiz doğru olmaz. İşimiz federasiyalarla işləməkdir. Federasiyalar klublarla, klublar da idmançılarla çalışmalıdır” deməklə kifayətləndilər.

Millimiz Belarusla qarşılaşacaq “Şəfa” – “Şahdağ Qusar”: Bir oyundan daha artığı AFFA “Traktor”u təbrik etdi - 3 gün sonra "Qəbələ"yə yeni məşqçi gəlir? - EKSKLÜZİV Azərbaycan millisinin futbolçusu ölkəyə qayıdır - ÖZƏL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://apasport.az
archiveBu xəbər 06 May 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naxçıvanda avtomobil idarəetməni itirərək yoldan çıxıb, ağaca çırpılıb FOTOLENT

04 May 2025 19:25see206

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

04 May 2025 23:17see151

Sumqayıt ın Qarabağ sınağı Heyətlər

04 May 2025 16:53see140

Super Liqaya yüksələn ikinci komanda... Son br qələbəyə ehtiyac var

05 May 2025 00:25see139

Marvel in yeni filmlərinə maraq azalır

05 May 2025 08:38see139

Ordubadda yağış fəsadlara səbəb olub FOTOLENT

04 May 2025 19:00see132

Şollarda asılmış kişi meyiti tapıldı MÜƏMMALI İNTİHAR

05 May 2025 19:34see132

Bu evlər təhlükə altındadır Video

05 May 2025 21:47see128

Serj Sarkisyan: Əgər Qarabağa getmək şansım olsa…

05 May 2025 01:12see127

Gündə bir saat yarım idmanla məşğul oluram

04 May 2025 19:58see126

DİQQƏT: Kartınızda oğurlanan pulları belə qaytarın VİDEO

04 May 2025 15:52see125

Zelenski xanımı ilə səfərdə: Kiyevə əlidolu qayıdacaq

04 May 2025 17:49see119

Putin həyatında ilk dəfə nə vaxt diz çökdüyünü açıqladı

04 May 2025 16:49see118

Trent Aleksander Arnold Liverpul dan gedir Rəsmi

05 May 2025 13:32see117

Leyla və Arzu Əliyeva uşaq evlərinin komandaları arasındakı turniri izlədilər FOTOLAR

05 May 2025 00:45see117

Qvadelupa sahillərində inanılmaz mənzərə: balıqlar göyə qalxdı VİDEO

06 May 2025 01:06see116

Mask beyninə görmə qabiliyyətini bərpa edən çip yerləşdirəcək..?

04 May 2025 22:44see113

Şaxtyor dan XXI əsrdə bir ilk

05 May 2025 02:18see113

Sentyabrın 1 dən məktəblərdə telefonlara qadağa qoyulacaq...

04 May 2025 22:06see112

Xalq artistindən Elzasayağı tərz: ayaqqabılarını tərs geyindi FOTOlar

05 May 2025 11:08see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri