İdrak da müəllimini güllələyən şagirdin FOTOsu
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıdakı "İdrak" liseyində fevralın 6-sı müəllimi Şəhla Kamilovanı güllələyən şagirdin fotosu sosial şəbəkələrdə yayılıb.
Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, sözügedən foto Tik Tok platformasında müxtəlif kontentlərin tərkib hissəsi olaraq paylaşılır.
Həyəcan siqnalı yaradan bu paylaşımlar şagirdin Vladislav Roslyakovla bağlı TikTok repostlarının fon musiqisi ilə hazırlanır. Şərhlərdə isə fotoya "arzuladığı "edit"i onun üçün etdilər" kimi başlıq verərək, onu qəhrəmanlaşdırırlar.
Hazırlanan kontentlərdən sonra şagirdin şəxsi hesabında özünün vaxtilə etdiyi bütün paylaşımlar silinib.
Qeyd edək ki, onun TikTok paylaşımlarında Vladislav Roslyakova xüsusi rəğbət bəslədiyi diqqət çəkib. Demək olar ki, bütün "TikTok" repostları məhz Roslyakovla bağlı olub.
Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecinə ov tüfəngi ilə gələrək, 20 tələbəni öldürmüş, 60-dan çox insanı yaralamışdı.
Bu Rusiya tarixində ən ağır məktəb hücumlarından biri hesab olunur və "Kerç Kolumbaynı" adlandırılır. Hadisə ABŞ-da baş vermiş Kolumbayn məktəb atışmasından ilhamlanaraq törədilmişdi.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 12 Fevral 2026 07:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















