İdris Elbadan Ceyms Bondla bağlı sərt açıqlama: Qaradərili agenti qəbul etməyəcəklər
Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Aktyor İdris Elba Britaniyanın "GQ" jurnalına müsahibəsində onun 007 agenti roluna nəzərdən keçirildiyi barədə yayılan şayiələri təkzib edib.
Kulis.az xəbər verir ki, "Lüter" serialının ulduzu onun namizədliyi ilə bağlı söhbətlərin heç vaxt ciddi olmadığını qeyd edib və personajın siyasi kontekstdə dəyişdirilməsinə qarşı çıxıb.
Aktyor məsələ ilə bağlı fikirlərini belə ifadə edib:
"Ceyms Bondun indiki kimi yazılmasının bir səbəbi var. Qəhrəman bütün dünyada populyardır və heç də bütün tamaşaçılar bu rolu qaradərili bir kişinin, afrikalının oynaması ilə razılaşmayacaq. Bu onların mədəniyyətinə yaxın bir şey deyil".
Aktyor hesab edir ki, personaj Yan Fleminq tərəfindən yaradılmış orijinal obrazdan çox uzaqlaşmamalıdır:
"Bond o qədər qeyri-realdır ki, reallığa bir işarə etmək yaxşıdır, lakin onu "proqressiv" etməyə çalışmaq lazım deyil. Mahiyyətə sadiq qalmaq lazımdır: bu bir eskapizmdir".
Yeni Ceyms Bond kim olacaq?
Yeni "Bond" filminin rejissoru Deni Vilnyov, ssenaristi isə Stiven Nayt olacaq.
Baş rolu kimin ifa edəcəyi isə hələlik dəqiq məlum deyil. Lakin "Variety" nəşrinin məlumatına görə, 26 yaşlı aktyor Tom Frensis artıq sınaq çəkilişlərindən keçib.
Həmçinin potensial namizədlər arasında Aaron Teylor-Conson, Ceykob Elordi və Kallum Törner kimi məşhur aktyorların da adları hallanır:
Əminə Yusifqızı: "Anamın müharibədən danışmağını atama xəyanət kimi qəbul edirdik..." - Müsahibə Adamı nəğməsindən tanımaq olmur - Filip Rotun hekayəsi Məşhur repçi İstanbulda konsert verəcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 09 İyun 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















