İdxal olunan hibrid avtomobillərin gömrük dəyəri açıqlandı
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Bu ilin yanvar-mart aylarında Azərbaycana 339,6 milyon dollar dəyərində 15 min 351 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan avtomobillərin bir ədədinin orta gömrük dəyəri 22 min 128 dollar (təxminən 37 min 618 manat) olub.
Qeyd edək ki, idxal olunan avtomobillərin 6 min 514 ədədi və ya 42,4%-ni hibrid avtomobillər təşkil edib. Yanvar-mart aylarında idxal edilən bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 21 min 406 dollar (təxminən 36 min 390 manat) təşkil edib.
Xatırladaq ki, 1 yanvar 2022-ci ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da 3 il müddətinə 18%-lik ƏDV-dən azad edilib. Lakin, 2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid avtomobillərə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:İdxal olunan hibrid avtomobillərin sayı kəskin azaldı, dəyəri artdı Son məlumatlar
17 Fevral 2026 10:58
Azərbaycana idxal edilən hibrid avtomobillərin dəyəri 1 milyard dollara yaxınlaşıb
17 Noyabr 2025 12:37
Azərbaycana idxal edilən hibrid avtomobillərin dəyəri 1.1 mlrd. dolları ötüb
16 Dekabr 2025 11:08
Azərbaycana idxal olunan hibrid avtomobillərin sayı artır: Qiyməti...
25 Fevral 2025 13:00
Bu il Azərbaycana idxal olunan avtomobillərin sayı və dəyəri AÇIQLANDI
18 Dekabr 2024 11:51
Baxış sayı:241
Bu xəbər 16 Aprel 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















