İdxalda növbəti rekord Bu ilin ilk 4 ayının statistikası açıqlandı
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917.6 milyon ABŞ dollarına bərabər olub. Bu da ötən ilin eyni dövrünə nisbətən çoxdur. Ötən ilin ilk dörd ayında bu rəqəm 13.6 milyard dollar olmuşdu.
Məlumatda qeyd olunur ki, son bir ildə ölkə üzrə ixrac 8 milyard 784.7 milyon dollar (7.5 faiz artım), idxal isə 8 milyard 132.9 milyon dollar (48.8 faiz artım) təşkil edib.
Amma xarici ticarət dövriyyəsində 651.79 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 4.1 dəfə azdır.
Ekspertlər idxal-ixrac əməliyyatlarında müsbət saldonun azalmasını neft hasilatının və qiymətinin azalması, qeyri neft-qaz ixracının lazımı səviyyədə artmaması ilə izah edirlər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 20 May 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















