Icma.az
close
up
RU
IEA: Avropada sənaye üçün qazın qiyməti ABŞ dan beş dəfə yüksəkdir

IEA: Avropada sənaye üçün qazın qiyməti ABŞ dan beş dəfə yüksəkdir

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropanın qaz bazarının qeyri-sabitliyi rəqabət qabiliyyətinə və yaşayış qiymətinə təzyiq göstərməkdə davam edir.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən xəbər verir.

Məlumata görə, Avropada 2022-ci ildən sənaye istehlakçıları üçün qazın qiyməti ABŞ-dan 5 dəfə, Çindən isə 30% daha yüksəkdir.

“Qazın yüksək qiymətləri və onların nəticələri hökumətlərin vətəndaşlara və bizneslərə etibarlı və sərfəli enerji təchizatını təmin etmək səylərini çətinləşdirib və Avropa sənayesinin beynəlxalq rəqabət qabiliyyəti ilə bağlı suallar doğurub”, - məlumatda qeyd olunub.

Bildirilib ki, qazın yüksək qiymətləri elektrik enerjisinin qiymətlərinə təsir göstərir və həmçinin istehsalçılar üçün xammal xərclərinin artması səbəbindən ərzaq qiymətlərinə dolayı təsir edir.

Vurğulanıb ki, gələn il Avropa ölkələri üçün çətin olacaq, çünki gələn qışa qədər Avropa İttifaqının (Aİ) saxlama qabiliyyəti hədəflərinə çatmaq (qaz anbarlarının dolumluluq səviyyəsi üzrə hədəflə - red.) son iki ildəkindən daha çox qaz tələb edəcək. Bu, Avropanın dünya bazarlarında mayeləşdırılmış təbii qaza (LNG) olan tələbatını artıracaq və bazarın əsas göstəricilərini sərtləşdirəcək.

“Hazırda Aİ anbarlarında qazın həcmi 2024-cü il səviyyəsindən təxminən 24 mlrd. kubmetr və ya 36% aşağıdır ki, bu da qiymətlərə yüksək təzyiq göstərir”, - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Fevral 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri