Icma.az
close
up
RU
İƏT ölkələrində ixrac strategiyaları təkmilləşdiriləcək

İƏT ölkələrində ixrac strategiyaları təkmilləşdiriləcək

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Türkiyənin İstanbul şəhərində keçirilən İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 41-ci iclasında iştirak edib.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Vurğulanıb ki, Azərbaycan İƏT-ə üzv dövlətlərlə çoxtərəfli əməkdaşlığın və iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xüsusi önəm verir. Tədbirdə ixrac bazarlarının şaxələndirilməsi və qeyri-neft-qaz ixracının genişləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, Avropa və İƏT bazarlarına çıxışı artıran layihələr barədə məlumat verilib. Qeyd edilib ki, kiçik və orta biznes ixracatçıları üçün mübadilə proqramlarının, sənaye, bərpa olunan enerji, kənd təsərrüfatı və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi mövcud iqtisadi və ticarət əlaqələrinin daha da güclənməsinə töhfə verə bilər.

Ölkəmizdə formalaşmış əlverişli biznes və investisiya mühiti, əməkdaşlıq üçün perspektiv istiqamətlər, sənaye zonalarının imkanları, eləcə də işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergi və gömrük güzəştləri, digər stimullaşdırıcı mexanizmlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Təşkilata üzv ölkələrin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən iclasda “İƏT-2025: Fəaliyyət Proqramı”nın icrası, qlobal iqtisadi meyllərin İƏT-ə üzv ölkələrə təsiri, İƏT çərçivəsində ticarət əlaqələrinin inkişafı, iqtisadi əməkdaşlıqda özəl sektorun rolunun artırılması, maliyyə əməkdaşlığının dərinləşdirilməsi, nəqliyyat və rabitə infrastrukturunun təkmilləşdirilməsi və digər aktual məsələlər müzakirə edilib. İƏT-ə üzv ölkələrdə ixrac strategiyalarının hazırlanması və təkmilləşdirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri