“İflic olacağam və yataqda qalacağam“
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib.
Axşam.az xəbər verir ki, 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə “5-ci kanal” məlumat yayıb.
“Qocalığım üçün pul yığıram. İflic olacağam və yataqda qalacağam. Həkimlər də altımdan sidik qabını götürməli olacaqlar” deyə, müğənni bildirib.
Qubin yığdığı pulun dəqiq məbləğini açıqlamaq istəməyib. O, hesabında hələlik çox pul olmadığını söyləyib.
2000-ci illərin məşhur müğənnisi səhnəyə qayıtmaq ehtimalını 85 faiz qiymətləndirib. Sənətçi bacarığını və illərlə qazandığı təcrübəni boşa vermək istəmədiyini vurğulayıb.
Qeyd edək ki, Andrey Qubin daha əvvəl bel ağrıları və səsində yaranan problemlər səbəbindən Yeni il korporativində çıxış etmək üçün aldığı 100 min dollarlıq təklifi rədd edib. Hazırda sənətçiyə sevdiyi qadın qayğı göstərir. Müğənni həmçinin onkomarkerlər, hepatit B və C üzrə müayinələrdən keçib və nəticələrinin normal olduğunu bildirib.
Baxış sayı:86
Bu xəbər 17 Oktyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















