İFOP: Fransanın yeni baş nazirinin reytinqi sələflərindən daha aşağıdır AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Paris, 19 dekabr, AZƏRTAC
Fransanın Sosial sorğu və marketinq İnstitutunun (İFOP) keçirdiyi sosial sorğunun nəticələrinə görə fransızların yalnız 36 faizi Fransua Bayrunun yeni baş nazir təyin edilməsindən məmnundur.
AZƏRTAC xəbər verir ki, İFOP-un “Sud Radio” üçün apardığı sosial sorğuya görə respondentlərin yalnız 49 % yeni baş naziri dost, 44% səriştəli, 35% -i isə fransızları bir araya gətirməyə qadir hesab edir.
Yeni Baş nazir fransızların 36%-ni məmnun edir ki, bu da onun əvvəlki 3 sələfindən xeyli aşağıdır. Hökumət başçısı təyin olunduqdan sonrakı günlərdə Mişel Barnye (52 faiz), Qabriel Attal (53 faiz), Elizabeth Borne (47 faiz) ilə bağlı daha müsbət rəy olub.
Sorğuya görə Makron populyarlığının ən aşağı səviyyəsində qalır. Şəxsiyyətlər sıralamasında Eduard Filip, Qabriel Attal və Cordan Bardella öndədir.
Rəyi soruşulanların 55 faizi Fransua Bayrunu “dialoqa açıq” hesab edir. Bu isə sentyabrda vəzifəyə gəldiyi zaman Mişel Barnyedən 6 bal azdır.
Respondentlərin üçdə ikisi, yəni 67 faizi yeni baş nazirin Milli Assambleyada (Parlamentin aşağı palatası) daha tez etimad səsverməsi məruz qalacağına inanır. Bu da sentyabrda Mişel Barnyenin proqnozundan (74 faiz) bir qədər zəifdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 20 Dekabr 2024 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















