Icma.az
close
up
RU
İfşa prosesi dövlətə xəyanət edənlərin gizlənəcək yeri qalmadığını göstərir

İfşa prosesi dövlətə xəyanət edənlərin gizlənəcək yeri qalmadığını göstərir

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ramiz Mehdiyev-Əli Kərimli cütlüyünün fiaskosu artıq təkcə siyasi proseslərin deyil, həm də Azərbaycan cəmiyyətinin yaddaşında ifşa olunmuş xəyanətin rəmzi kimi qalır. Uzun illər müxtəlif maskalar altında fəaliyyət göstərən bu tandem özlərini fərqli ideoloji mövqelərdə göstərsələr də, əslində eyni məkrli mərkəzlərin tapşırıqları ilə hərəkət edirdi. Bu qruplar Azərbaycan dövlətçiliyinə qarşı eyni istiqamətdə çalışırdılar. Biri sistem daxilində gizli şəbəkə quraraq dövlət mexanizmlərini şəxsi ambisiyaları naminə zəiflətməyə çalışır, digəri isə müxalifət adı altında ölkəni xaosa sürükləmək üçün bütün imkanları səfərbər edirdi. Bu iki xətt müxtəlif səhnələrdə fərqli görünürdü, lakin məqsəd vahid idi: Azərbaycanı zəiflətmək, milli həmrəyliyi pozmaq, dövlətə inamı sarsıtmaq və ölkəni yenidən xarici mərkəzlərin təsirinə qaytarmaq. Lakin illərlə gizlədilmiş planların üstü açıldı, dövlətin apardığı hüquqi-siyasi kurs bu şəbəkəni tam şəkildə ifşa etdi. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, AXCP sədri Əli Kərimli və “Milli Şura”nın üzvü Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevlə uzun illər davam edən gizli-siyasi münasibətləri artıq cəmiyyət üçün sirr deyil:

"Onların hər biri zahirdə fərqli siyasi mövqeləri təmsil etsələr də, arxa pərdə göstərir ki, uzun müddət Ramiz Mehdiyevin siyasi planlarının icraçılarına çevriliblər. Əli Kərimli müxalifətçilik adı altında küçə təzyiqi formalaşdırmaq, Gültəkin Hacıbəyli isə “demokratik dəyərlər” görüntüsü yaradaraq ictimai rəyə təsir etmək missiyasını daşıyıb. Bu iki xətt nəticə etibarilə eyni mərkəzə-Ramiz Mehdiyevin siyasi ambisiyalarına xidmət edib. Məlumdur ki, Ramiz Mehdiyev illərlə AXCP və “Milli Şura”nı hakimiyyətə təzyiq aləti kimi yanında saxlayıb, onları lazım olan məqamda ölkədaxili prosesləri manipulyasiya etmək üçün istifadə edib. Bu, həm 2013-cü il seçkiləri ərəfəsində, həm ondan sonrakı siyasi dövrlərdə aydın şəkildə görünürdü. Mehdiyevin siyasi oyunlarının mərkəzində Azərbaycanın sabitliyini pozmaq, ölkənin inkişaf tempinə mane olmaq və ictimai rəyi çaşdırmaq kimi məqsədlər dayanırdı. Digər tərəfdən Ramiz Mehdiyevin Rusiya ilə xüsusi əlaqələri və Moskvanın regiondakı maraqlarına uyğun mövqe sərgiləməsi, eləcə də müəyyən dövrlərdə Kremlin ‘troya atı’ rolunu oynadığına dair faktlar da ortaya çıxdı. Bu əlaqələr həm daxili siyasi müstəvidə, həm də xarici təsir mexanizmlərində özünü göstərib. Nəticə olaraq AXCP və “Milli Şura” kimi strukturlar zaman-zaman Azərbaycanın milli maraqlarına zidd mövqelər sərgileyib, ölkəni xarici mərkəzlərin təsiri altına salmaq üçün alət kimi istifadə olunub. Bu gün isə artıq maskalar düşür, xəyanətkarlar ifşa olunur".

Deputat diqqətə çatdırıb ki, xəyanətkarların maskalarının düşməsi təsadüfi deyildi:

"Bu, dövlətin prinsipial mövqeyinin, qanunun aliliyinin və milli təhlükəsizlik sisteminin güclü şəkildə işləməsinin məntiqi nəticəsi idi. Aydın oldu ki, xarici təsir mərkəzlərinin tapşırıqları ilə hərəkət edən, Azərbaycanın daxili sabitliyini pozmağa cəhd edən heç bir qüvvə artıq gizlənəcək yer tapa bilməz. Dövlətə xəyanət edənlər nə qədər fərqli obrazlara bürünsələr də, həqiqət gec-tez üzə çıxır və bütün planlar iflasa uğrayır. Beləliklə, Azərbaycanın milli maraqlarına qarşı illərlə aparılan gizli fəaliyyətlərin arxasında dayanan Ramiz Mehdiyev-Əli Kərimli cütlüyünün məqsədləri tam çılpaqlığı ilə üzə çıxdı. Onların siyasi manipulyasiyaları, gizli ittifaqları və ölkəni xaosa sürükləmək niyyətləri artıq cəmiyyət tərəfindən də aydın şəkildə görülür. 

Baş verən ifşa prosesi bir daha göstərdi ki, dövlətə xəyanət edənlərin  nə bəraəti, nə də gizlənəcək yeri var. Kimliyindən, mövqeyindən və illərlə yaratdığı təsir dairəsindən asılı olmayaraq, milli maraqlara zidd atılan hər addım hüquqi müstəvidə qiymətləndirilməli və məsuliyyətdən yayınmaq mümkün olmamalıdır. Məhz buna görə də Ramiz Mehdiyev-Əli Kərimli tandemi təkcə siyasi mübarizə meydanında deyil, cəmiyyətin nəzərində də tam fiaskoya uğradı. Bu fiasko artıq sıradan bir siyasi məğlubiyyət deyil, dövlətin qətiyyətinin və xalqın dəyişməz iradəsinin aydın təcəssümüdür. Yaşananlar bir daha sübut etdi ki, Azərbaycan dövlətinə qarşı aparılan gizli oyunların, manipulyasiyaların və kənardan yönləndirilən planların heç biri xalqın birliyi və dövlətin gücü qarşısında dayana bilməz".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Dekabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri