Icma.az
close
up
RU
İftar vaxtı bu qidaları yeməyin AÇIQLAMA

İftar vaxtı bu qidaları yeməyin AÇIQLAMA

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Oruc tutarkən yeməklərə diqqət etmək olduqca vacibdir. Çünki bu dövrdə oruc tutan insanların həm bədən, həm də ruhi sağlamlığını qorumaq üçün düzgün qidalanma xüsusi əhəmiyyət kəsb edir. Ramazanda düzgün və balanslı qidalanmaq, həm fiziki, həm də ruhi sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Bəs, iftar zamanı nələrə diqqət etməliyik? 

Mövzu ilə bağlı Manset.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, Ramazan ayında oruc tutarkən, xüsusilə iftar vaxtı qidaları qəbul edərkən tələsməmək və yavaş-yavaş yemək daha məsləhətdir:

"İlk növbədə, çoxda şirin olmayan meyvə şirəsi ilə başlamaq ən uyğun seçimdir. Ardınca, xurma yemədən əvvəl bir qədər su içmək və qısa bir ara vermək faydalıdır. Daha sonra süd, qatıq və ya şorba qəbul etmək məsləhətdir, çünki bu, uzun müddət ac qalan mədədə yeməklərin daha asan həzm olunmasına və ağırlıq hissinin yaranmamasına kömək edir. Tərəvəz və meyvələrdən hazırlanan yüngül salatlar da qəbul edilə bilər, çünki onlar vitamin və mineral baxımından zəngindir. Asan həzm olunan protein qaynaqları olan ət məhsulları, məsələn, balıq və toyuq da ideal seçimdir. Çünki bunlar daha tez həzm olunur".

Məhsəti Hüseynova qeyd edib ki, iftar zamanı mütləq qaçınılması gərəkən qidalar arasında çox yağlı və ağır yeməklər, xüsusilə qızartmalar yer alır:

"Bu cür qidalar həddindən artıq kalori ilə mədənin ağırlaşmasına səbəb ola bilər və həzm problemləri yarada bilər. Həmçinin, şirin və qazlı içkilər tövsiyə edilmir, çünki bunlar qanda şəkər səviyyəsinin sürətli yüksəlməsinə və sonradan sürətlə enməsinə səbəb ola bilər".

Seyranə Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 04 Mart 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri