Icma.az
close
up
RU
IGB operatoru Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi üzrə iclasın prioritetləri haqda danışıb

IGB operatoru Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi üzrə iclasın prioritetləri haqda danışıb

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Yunanıstan-Bolqarıstan İnterkonnektoru təbii qaz tədarükünün təhlükəsizliyinin və şaxələndirilməsinin təmin olunması baxımından həm Bolqarıstan, həm də bütün region üçün həlledici rol oynamağa davam edir.

Bunu IGB operatoru ICGB şirkətinin icraçı direktoru Teodora Qeorgiyeva Cənub Qaz Dəhlizi üzrə Məşvərət şurasının aprelin 4-də Bakıda keçiriləcək iclası ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.

"Cənub Qaz Dəhlizinin qarşıdakı iclasında bizim müzakirəyə çıxaracağımız əsas prioritetlərdən biri təkcə Bolqarıstan üçün yox, həm də bütün Cənub-Şərqi Avropa regionu üçün Azərbaycandan əlavə qaz həcmlərinin tədarükünün təmin olunması potensialının artırılması olacaq. Azərbaycan strateji və etibarlı tərəfdaş olaraq artıq IGB vasitəsilə Bolqarıstanın qaza olan tələbatının 40%-dən çoxunu ödəyib. Bu həm bu marşrutun nə dərəcədə vacib olduğunu, həm də onun sabitliyinə olan etibarın səviyyəsini göstərir", - deyə o bildirib.

Qeorgiyeva qeyd edib ki, şirkət eyni zamanda ICGB-nin əsas iştirakçılarından biri olduğu Şaquli Qaz Dəhlizi (VGC) çərçivəsində uzunmüddətli əməkdaşlığa böyük önəm verir.

"TAP-la birləşmə və Cənub Qaz Dəhlizinin daha geniş infrastrukturu şərqdən şimala strateji qaz axınını təmin edir ki, bu da təkcə Bolqarıstan üçün deyil, həm də Mərkəzi və Şərqi Avropa üçün, eləcə də Transbalkan Qaz Kəməri vasitəsilə Ukrayna və Moldovaya mümkün çıxışı təmin edir", - deyə icraçı direktor qeyd edib.

O əlavə edib ki, ICGB, Şaquli Qaz Dəhlizi təşəbbüsü çərçivəsində IGB-nin genişləndirilməsi üçün hazırlıq işlərini davam etdirir.

"Biz hesab edirik ki, bu, Avropanın enerji təhlükəsizliyi və müstəqilliyinə töhfə verəcək strateji, uzaqgörən bir qərardır. Stara Zaqoradakı qaz ölçmə stansiyasının genişləndirilməsi üzrə texniki layihə tamamlanıb, Komotinidəki sahəsi üçün texniki spesifikasiyalar hazırlanıb və icazə prosedurları yenilənir. Layihənin icrasına "yaşıl işıq" veriləndən dərhal sonra heç bir gecikmə olmadan başlanmasını təmin etmək üçün satınalma sənədləri üzərində iş aparılır. Layihənin dəstəklənməsi üçün qrant əsasında maliyyələşmənin əldə edilməsi şirkətin üstünlük verdiyi variantdır, bu isə genişləndirmənin maliyyələşdirilməsi məsələsində açıq qalan məsələlərdən biridir. Bu, şəbəkə istifadəçiləri üçün yüksək rəqabət qabiliyyətli modelin saxlanılması baxımından son dərəcə vacibdir", - deyə Georgieva bildirib.

O həmçinin əlavə edib ki, 2025-ci il üçün qaz kəmərinin texniki xidmət məqsədilə dayandırılması planlaşdırılmır: "Əsas diqqət qaz kəmərinin fasiləsiz işləməsinin təmin olunmasına, eyni zamanda əməliyyat davamlılığımızın və hazırlığımızın gücləndirilməsinə ayrılır".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri