Iğdır Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi mərasimi baş tutacaq
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan və Türkiyənin energetika nazirləri Iğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi mərasimində iştirak etmək üçün Türkiyənin Iğdır şəhərində bir araya gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" televiziya kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, öz növbəsində iki ölkə prezidentləri canlı bağlantı vasitəsilə Iğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasiminə qatılacaqlar.
Qeyd edək ki, Iğdır-Naxçıvan qaz boru kəmərinin Iğdırdan Naxçıvan Muxtar respublikasının Sədərək rayonuna qədər uzunluğu 97.5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17.5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündəlik 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın təbii qaza tələbatı tamamilə ödəniləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 05 Mart 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















