Icma.az
close
up
RU
İğdırda keçirilən iftar mərasimində birlik və həmrəylik mesajları səsləndirilib

İğdırda keçirilən iftar mərasimində birlik və həmrəylik mesajları səsləndirilib

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Martın 5-də Türkiyənin İğdır şəhərində yaşayan soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu və İğdır Valiliyinin dəstəyi ilə baş tutub.

BAKU.WS xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, hər iki ölkənin müstəqilliyi, azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan İlahiyyat İnstitutunun "İslamşünaslıq" ixtisası üzrə II kurs tələbəsi Fəyaz Nəsirzadə tərəfindən Qurani-Kərimdən ayələr tilavət olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan və Türkiyə münasibətlərini "Bir millət, iki dövlət" ifadəsi ilə xarakterizə edib. Qeyd edib ki, bu fəlsəfəni və düşüncəni güclü dövlətçilik modelinə çevirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın uzaqgörən siyasəti nəticəsində dövlətlərimiz sabitlik, təhlükəsizlik və əmin-amanlıq şəraitində inkişaf edir.

Azərbaycanın Qars şəhərindəki baş konsulu Zamin Əliyev müqəddəs Ramazan ayının Türkiyə və Azərbaycan xalqları üçün xeyirli, uğurlu olmasını arzulayıb. İki qardaş xalqın tarix boyu sevincdə də, çətin günlərdə də daim bir-birinə dayaq olmasının önəmi barədə danışıb. Baş konsul bu birliyin gələcəkdə də eyni ruhda davam edəcəyinə əminliyini ifadə edib.

Ədalət və İnkişaf Partiyasının İğdır millət vəkili Cantürk Alagöz Ramazan ayında qardaş xalqların nümayəndələri ilə eyni süfrə arxasında olmaqdan qürur duyduğunu, Azərbaycan və Türkiyənin birlik, həmrəylik baxımından nümunə göstərilən ölkələrdən olduğunu vurğulayıb.

Ədalət və İnkişaf Partiyasının Qaziantəp millət vəkili, Türkiyənin sabiq ədliyyə naziri Əbdülhəmid Gül isə çıxışında bildirib ki, heç bir xəritə və sərhəd xalqlarımız arasındakı qardaşlığa mane ola bilməz. Azərbaycandan Qafqaza, Balkanlardan dünyanın müxtəlif bölgələrinə qədər eyni duyğularla bir araya gəldiyimiz bu birlik süfrəsi ortaq dəyərlərimizin və həmrəyliyimizin təzahürüdür.

Ramazan ayı münasibətilə edilən dualardan sonra iştirakçılar üçün iftar süfrəsi açılıb.

Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar Türkiyənin İstanbul, Qars və İğdır şəhərlərində təşkil edilən iftar mərasimlərində yüzlərlə soydaşımız iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Mart 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri